“Drujba” boru kəmərinin Mixalki-Brodı hissəsi neft tədarükünü bərpa edib

Dörd gün əvvəl plan üzrə dayandırılmış "Drujba” boru kəmərinin Mixalki-Brodı hissəsi yenidən neftin tədarükünə başlayıb.
Anews.az-ın reporta istinadəən verdiyi xəbərə görə, bunu Rusiyanın "Transneft” şirkəti prezidentinin müşaviri və mətbuat katibi İqor Demin bildirib.
Onun sözlərinə görə, plana uyğun olaraq, bu gün Bakı vaxtı ilə saat 00:00-dan "Drujba” boru kəmərinin Mixalki-Brodı hissəsi avers rejiminə keçib."Drujba” boru kəmərinin bu hissəsi Ukraynanın "Yujnı” limanından Belarusun Mozır neft emalı zavoduna revers tədarükü üçün planlı şəkildə dayandırılmışdı. Belarusun "Naftan” və "Mozır” neft emalı zavodlarına neftin tədarükü ənənəvi olaraq "Drujba” boru kəməri ilə aparılır.
Ancaq 2020-ci ilin əvvəllərində Rusiya ilə münasibətlərdəki növbəti neft böhranı fonunda Belarus alternativ tədarük layihələrini həyata keçirmək niyyətində olduğunu bildirib.
"Belneftexim” konsernindən isə bildiriblər ki, bu boru kəməri Baltikyanı və Ukrayna limanlarından neft tədarükünü təmin edərək Belarusa alternativ neft idxalı logistikasını əhəmiyyətli dərəcədə yaxşılaşdırmaya imkan verəcəyi gözlənilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























