• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan ərzaq böhranı astanasındadır

Ermənistan ərzaq böhranı astanasındadır
16.11.2020 13:40
Yaxın gələcəkdə Ermənistan kənd məhsullarının qıtlığı kimi ciddi problemlə də üzləşə bilər. Belə ki, əksər kənd bitkilərinin becərildiyi zəmilərin neçə ildir azaldığı bu ölkə əvvəlcə koronavirus epidemiyası, sonra da işğal etdikləri torpaqlarını itirmələri üzündən böhranı daha erkən "qarşılamalı” olur.
BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) noyabr ayının əvvəllərində keçirilən Avropa regional konfransında qeyd edildiyi kimi, Ermənistan ərzaq və kənd təsərrüfatının inkişafına öncül diqqət ayrılmasının vacib olduğu ölkələrdəndir. FAO-nun hesabatlarında mütəmadi olaraq göstərilən problemlər həll olunmamış qalır, halbuki kənd təsərrüfatı Ermənistanda ən mühüm sektorlardandır. Həmin sahənin payına ölkə ÜDM-nin 2015-ci ildə 17 faizi düşürdüsə, hazırda bu, 12 faizə yaxındır.


Mövcud çətinliklər sırasında fermer təsərrüfatlarının kiçik həcmi (orta sahələri 1,4 ha-dır), habelə kənd təsərrüfatı sahəsində ixtisaslı tədris proqramlarının olmaması, sektora ayrılan maliyyənin azlığı göstərilir. Həmçinin ölkədə kənd təsərrüfatı üçün gübrə, kimyəvi maddələr, baytarlıq dərmanları istehsalı yox dərəcəsindədir. Kənd təsərrüfatının inkişafına dair hazırlanan proqramların isə ümumi sözlərdən ibarət olduğu, yəni konkret göstəricilər, vəzifələrin həlli üçün tarxlər göstərilmədiyi bildirilir. Bu proqramlar ümumölkə yox, ayrı-ayrı problemlərə aiddir. Bundan əlavə, maliyyə azlığı, şəffaf mexanizmlərin tətbiq olmaması, aidiyyəti dövlət qurumlarının səlahiyyət və texniki imkan kasadlığı da kənd təsərrüfatı sahəsində dövlət siyasətinin icra olunması üçün əngəl yaradan amillərdəndir.


Nəticədə illərdir yığılıb qalan problemlərin fəlakətə çevrilməsi təhlükəsi ortaya çıxıb. Ermənistan Dövlət Statistika Xidmətinin məlumatına görə 2015-2019-cu illər ərzində əsas kənd bitkilərinin becərildiyi sahələr 337,5 min ha-dan 227,9 min ha-dək, o cümlədən kartof sahələri 27,8 min ha-dan 20,5 min, tərəvəz 28,4 mindən 20,4 min, qovun 6,8 mindən 4,3 min, üzüm 17,3 min ha-dan 16,5 min ha-dək geriləyib. Yalnız meyvə bağlarının sahəsi 40,3 min ha-dan 43,4 min ha-dək artsa da, məhsuldarlığı artmadı.

Məhsuldarlığa gəlincə, göstərilən müddət ərzində məsələn, kartof istehsalı 607,7 min tondan 404,1 min tona, tərəvəz 1.007,6 min tondan 621,6 min tona, meyvə isə 377,1 min tondan 290,6 min tonadək geriləyib.

Azad Həsənli, maliyyə eksperti

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol