“Şəfəq-Asiman”da ilk kəşfiyyat quyusunda qazmanın dərinliyi 3 864 metrə çatıb

Xəzər dənizin Azərbaycan sektorunda yerləşən "Şəfəq-Asiman” dəniz blokunda ilk kəşfiyyat quyusunun qazılmasına bu il yanvar ayının 13-də başlanıb. Quyunun qazma işləri artıq 3 864 metr dərinliyə çatıb və hazırda qazma əməliyyatları davam edir.
"Report” xəbər verir ki, bu barədə "BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birgə yaydığı hesabatda qeyd edilib.
Məlumata görə, quyu layihə dərinliyinə çatdıqdan sonra, əldə edilmiş məlumatlar təhlil olunacaq və əgər uğurlu olarsa, nəticələri təsdiq etmək üçün qiymətləndirmə proqramı da həyata keçirilə bilər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























