Azercell LTE şəbəkəsinin əhatə dairəsini 85%-ə çatdırıb

Keyfiyyətli
və sürətli mobil internet xidmətləri ilə daima öndə olan "Azercell Telekom” ötən
ilin əvvəlindən etibarən ölkəmizdə LTE şəbəkəsinin təkmilləşdirilməsi layihəsini
uğurla həyata keçirməkdədir. Bu müddət ərzində Azercell şəbəkənin əhatə dairəsinin
kifayət qədər genişlənməsinə, abunəçilərini təkcə paytaxtda deyil, regionlarda
da keyfiyyətli xidmətlə təmin etməyə nail olub. Rəqəmlər də bunu sübut edir.
2019-cu
il yanvarın 1-dən bu il noyabrın 1-dək Azərbaycanda Azercell-in LTE şəbəkəsinin
əhali əhatə dairəsi 35.9%-dən 85%-ə yüksəlib. Bu müddət ərzində LTE üzərindən
çalışan baza stansiyalarının sayı da sürətlə artırılıb. Belə ki, bu texnologiya
üzərindən çalışan ümumi radio baza stansiyalarının sayı 828-dən 2616-ya yüksəlib.
Təkcə 2020-ci ilin 10 ayı ərzində 721 belə stansiya istifadəyə verilib.
Azercell-in
LTE şəbəkəsinin coğrafi əhatə dairəsi isə 2019-cu ilin yanvar ayından cari ilin
1 oktyabr tarixinə kimi 30.3%-dən 69.5%-ə çatdırılıb. Xüsusilə regionlarda
görülən işlər sayəsində ölkə üzrə LTE şəbəkəsi daha da genişləndirilib. Bura həmçinin
müzəffər Ordumuzun rəşadəti sayəsində işğaldan azad edilmiş bölgələr də
daxildir. "Azercell Telekom” MMC işğaldan azad olunmuş ərazilərdə ilk mobil
infrastrukturun, eləcə də Qarabağın tacı sayılan Şuşada dördüncü nəsil LTE
mobil stansiyalarının quraşdırılmasına başlayan ilk şirkətdir.

LTE
şəbəkəsinin keyfiyyətinin yaxşılaşdırılması işləri Bakıda da həyata keçirilir.
Xüsusilə, Bakı metropolitenində də sürətli mobil internetin əlçatan olması üçün
tunellərdə təkmilləşdirmə işləri aparılır, LTE şəbəkəsinin genişləndirilməsi
tam sürətlə davam edir. Layihə çərçivəsində metronun 8 stansiyasında işlər
artıq yekunlaşıb. Bununla yanaşı, metro stansiyalarında LTE-Daşıyıcı Birləşdirmə
sistemi də aktivləşdirilib ki, bu da metro açıldıqdan sonra sərnişinlərin yüksək
sürətli internetdən istifadəsini təmin edəcək.
LTE
şəbəkəsinin təkmilləşdirilməsinin məqsədi abunəçilərin gündəlik rabitə
ehtiyaclarını operativ və daha keyfiyyətli şəkildə ödəməkdir. Azercell-in təqdim
etdiyi LTE xidmətində böyük irəliləyişlər olduğundan, şəbəkədən istifadəçi sayı
əhəmiyyətli dərəcədə yüksəlməkdədir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























