Yeni il ərəfəsində Bank Bank Respublika-dan nağd kreditlər üzrə üçqat fayda

Yeni il ərəfəsində hər birimiz müxtəlif planlar qurub, ürəyimizdə arzu
tuturuq. İndi ən cəsarətli arzularınızı
gerçəkləşdirmək və hədəflərinizə çatmaq daha asan olacaq. Belə ki, 17 dekabrdan
etibarən bank "20 + 21" adlı nağd kredit kampaniyasına start verir!
Kampaniya çərçivəsində bankın müştəriləri
yeni il planlarının həyata keçirmək üçün 3 faydalı təklif alacaqlar.
Kampaniya müddətində nağd kredit rəsmiləşdirən müştərilərə 3 aylıq güzəşt
müddəti veriləcək və bu müddət ərzində yalnız hesablanmış faizlər ödəniləcək.
Başqa sözlə, gələn ilin ilk 3 ayında kredit borcunun əsas hissəsini ödəmək
qayğısı müştəriləri narahat etməyəcək.
Bununla yanaşı, bank bütün nağd kreditlər üzrə komissiyada 20% endirim edir
ki, bu güzəşt Bank Respublika-da kredit üçün müraciət etməyi daha sərfəli edəcək.
Yeni il kampaniyası çərçivəsində üçüncü təklif isə, 3 aylıq güzəşt dövrü ərzində
ödənilən faizlərin ümumi məbləğinin 21% -i həcmində keşbək şəklində geri
qaytarılmasıdır. Bank Respublika-da nağd kredit üçün müraciət etməyin üstünlüklərindən
biri də illik 15%-dən başlayan sərfəli faiz dərəcəsidir.
"20 + 21” Yeni il təklifindən
bankın rəsmi veb saytı, Facebook səhifəsi, habelə WhatsApp-da Chat-Bot xidməti
üzərindən 051 4 144 144 nömrəsinə "Kredit” sözünü göndərməklə onlayn yararlana
bilərsiniz.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























