Bank Respurlika məşhur Bank of New York Mellon ilə əməkdaşlığa başladı

Bank Respublika-nın maliyyə vəziyyəti və fəaliyyət profilini
hərtərəfli təhlil edildikdən sonra Bank of New York Mellon ABŞ dolları ilə
müxbir hesabı açmaq üçün müsbət qərar verdi. Bu qərar, ilk növbədə, kontragentlərin
banka olan yüksək etibarını və beynəlxalq bazarda qüsursuz işgüzar
reputasiyasını göstərir.
Bank of New York Mellon 1784-cü ildə təsis edilib və ABŞ-ın
ən qədim banklarından biri sayılır. Bankın 40-dan çox ölkədə nümayəndəlikləri
var. Bu gün Bank of New York Mellon, aktivlərinə görə dünyanın ən böyük
investisiya şirkətlərindən biridir.
Banklar, həmçinin xəzinə əməliyyatları sahəsində əməkdaşlıq
barədə razılığa gəldilər. Bank Respublika-nın dünyanın aparıcı bankı ilə əməkdaşlıq
haqqında əldə etdiyi razılaşmalar beynəlxalq hesablaşmalar sahəsində fəaliyyətin
genişləndirilməsinə, beynəlxalq pul köçürmələri xidmətlərinin inkişafına, habelə
bankın qlobal maliyyə arenasında statusunun möhkəmlənməsinə xidmət edir. Xarici
tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi, Bank Respublika-nın fəaliyyətinin
əsas prioritetlərindən biri olan bankın müştəriləri - korporativ sektor nümayəndələri,
kiçik və orta sahibkarlara biznesi aparmaq üçün daha əlverişli şərait yaradacaq.
"Son illərdə ABŞ banklarında müxbir hesablarını açmaq üçün Amerika bank sistemi bir sıra mürəkkəb
prosedurlardan keçmək və ciddi tələblərə tam uyğun gəlməyi nəzərdə tutur. Bank
of New York Mellon-un müsbət qərarı həm bankımıza, həm də ümumilikdə Azərbaycanın
bank sektoruna olan yüksək etimaddan xəbər verir", - deyə Bank Respublika
İdarə Heyətinin sədri Tariel İsmayılov bildirdi.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























