TamKartı pulsuz almaq fürsəti

Azərbaycan
Beynəlxalq Bankı TamKart arzusunda olan hər bir müştəriyə indi bu kartı pulsuz əldə
etmək imkanı yaradıb. Bankın 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü ərəfəsində elan etdiyi kampaniya çərçivəsində hər bir müştəri TamKart Visa
Classic və TamKart Mastercard Standard kartlarını heç bir xidmət haqqı ödəmədən
ala bilər. TamKart Gold, TamKart Platinum, TamKart
Premium kartları isə müştərilərə 50%
endirimlə təqdim edilir. Kampaniya 2021-ci il 29 yanvar tarixinə qədər keçərlidir.
Qeyd edək
ki, TamKart eyni vaxtda həm debet, həm də kredit kartı funksiyasını özündə birləşdirən
faydalı bir kartdır. Bu kart müştərilərə bankla tərəfdaş məkanlarda hissə-hissə
ödəniş və kəşbək imkanları yaradır. TamKart üzrə Bankın 800-dən çox partnyoru
var. TamKartın üstünlükləri və partnyor şəbəkəsi barədə ətraflı məlumatları https://tamkart.az/ saytından əldə etmək olar.
Bankın
kampaniya zamanı müştərilərə yaratdığı imkanlar bununla tamamlanmır. Yanvarın 29-a
qədər Azərbaycan Beynəlxalq Bankından nağd pul krediti ilə yanaşı, TamKart da
alan müştərilərə kreditin illik faiz dərəcəsində 2% endirim ediləcək. Belə ki, müştərilər
krediti Bankdan 48 ayadək müddətə, 18%-dən başlayan faizlərlə əldə edə bilərlər.
15 000 manata qədər kredit üçün zamin tələb olunmur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























