Bank Respublika şəhid və aztəminatlı ailələrə dəstək oldu!

Ölkəmizdə
davamlı olaraq sosial layihələr həyata keçirən ölkənin aparıcı banklarından
biri olan Bank Respublika, həssas əhali qruplarının özünüməşğulluğunun təşkili
istiqamətində növbəti layihəni uğurla başa vurub.
Bank ilin əvvəlindən start götürən Özünüməşğulluq
proqramı çərçivəsində sosial müdafiəyə xüsusi ehtiyacı olan daha 29 nəfərin şəxsi
biznes yaratmaq arzularını reallaşdırıb.
Bu dəfə Bankın əməkdaşları Bakı, Abşeron, Sumqayıt,
Gəncə, Qusar, Lənkəran, Masallı, Şirvan, Tovuz və Bərdədə sosial müdafiəyə
xüsusi ehtiyacı olan şəhid və aztəminatlı ailələrə eləcə də işsiz şəxslərə
onların sosial rifahını yüksəltmək məqsədilə əvəzsiz olaraq mal-qara, avadanlıq
və digər aktivlər təqdim edib.
Bununla da yeni un məmulatları sexi,
playstation oyun zalı, tekstil məhsulları istehsal edən kiçik müəssisə, avtoyuma
və avtoelektrik mərkəzi, playstation oyun zalı, heyvandarlıq təsərrüfatı, broyler
təsərrüfatı və kiçik restoranın yaradılması mümkün olub.
Sakinlər daimi gəlir mənbəyi yaratdıqlarına
görə "Bank Respublika”ya və layihənin bütün iştirakçılarına öz təşəkkürünü
bildiriblər.
Qeyd edək ki, Bank Respublika cari ildə
Özünüməşğulluq proqramı çərçivəsində 71 nəfər vətəndaşın özünüməşğulluğunun təşkili
istiqamətində öz dəstəyini göstərib.
Bu tədbirlər, Azərbaycan Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi
Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının
özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair
Memorandum çərçivəsində həyata keçirilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























