• $
  • €
  • ₽
  • ₺
  • £

2020-ci ildə “AccessBank” ölkənin 15 bölgəsində sahibkarlara dəstək oldu

2020-ci ildə “AccessBank” ölkənin 15 bölgəsində sahibkarlara  dəstək oldu
29.12.2020 16:56
 "AccessBank”, korporativ və sosial məsuliyyət prinsiplərinə sadiq qalaraq, bizneslərini qurmaq istəyən sahibkarlara bu il də dəstək oldu. Özünüməşğulluq proqramından ailə biznesini qurmaq istəyənlər, fiziki imkanları məhdud şəxslər və şəhid ailələrinin üzvləri olan sahibkarlar yararlandı. "AccessBank” gələcəyin sahibkarlarına biznesləri üçün zəruri olan avadanlıqları alaraq ianə etdi. Layihədən 15 bölgədən 27 sahibkar yararlana bildi. Özünüməşğulluq lproqramı Bakı və Abşeron da daxil olmaqla Sumqayıt, Gəncə, Ağdam, Mingəçevir, Yevlax, Qazax, Qusar, Salyan, Lənkəran və Astarada yaşayan sahibkarları əhatə etdi. Dəstək almış sahibkarlar sırasında dizaynerlər, musiqiçilər, fotoqraflar, gözəllik salonu sahibləri və s. yer aldı. 


"AccessBank” cari layihəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğuna dəstək sahəsində əməkdaşlığa dair imzalanan memorandumun icrası istiqamətində həyata keçirdi. 
Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış proqramın əsas məqsədi aztəminatlı ailələrin kiçik sahibkarlığa çıxışına dəstək verməkdir. Onların ailə bizneslərini qurmalarına, bununla da rifah halını yaxşılaşdırmalarına imkan yaratmaqdır. 
 
"Ölkədə özünüməşğulluğun inkişafına dəstək olmaq bizim üçün çox vacibdir: bu, mikro sahibkarlığı stimullaşdırmaqla yanaşı, işsizlik səviyyəsinin daha da azalmasına və bölgələrin inkişafına təkandır. Ümid edirik ki, bu layihə çərçivəsində yardım etdiyimiz sahibkarlar tezliklə bizneslərini inkişaf etdirmək və yeni əməkdaşlar cəlb etmək üçün bizə müştəri qismində müraciət edəcəklər.”- deyə "AccessBank”ın İdarə Heyəti sədrinin birinci müavini Yevgeniya Qaşikulina vurğuladı.


 
"AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial media hesablarına daxil olmaq olar.  



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol