• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıdakı taksilərlə bağlı xoş xəbər

Bakıdakı taksilərlə bağlı xoş xəbər
12.06.2014 11:23
Bakıda fəaliyyət göstərən taksilərə ciddi dəyişikliklər tətbiq olunacaq. Bu yeniliyi "Baku Taxi" MMC (Bakıya “London taksiləri”ni gətirən şirkət) həyata keçirəcək.Bu haqda "APA-Economics"ə "Baku Taxi" MMC-nin maliyyə direktoru Vüqar İbrahimov məlumat verib. O, bildirib ki, taksilərdə müasir informasiya texnologiyaları ilə bağlı yeni xidmətlər həyata keçiriləcək. “Bu xidməti “Baku Taxi” MMC həyata keçirəcək, amma ondan istənilən sərnişin istifadə edə biləcək. Məsələn, sərnişin taksini izləyə, istənilən informasiyanı əldə edə biləcək. Bundan başqa, sürücü ilə sərnişin arasında gizlilik qorunacaq, taksi sürücüsü sərnişinin telefon nömrəsini bilməyəcək, yəni onu narahat etməyəcək. Bu yenilik üçün Bakı şəhərinin müasir xəritəsindən istifadə olunacaq. Müştərini dəqiq ünvandan götürüb, dəqiq ünvana çatdırılacaq”, - deyə o qeyd edib. Şirkət nümayəndəsinin sözlərinə görə, hazırda bununla bağlı tender keçirilir. Satınalmada Rusiya və Türkiyə, o cümlədən İsrailin Ukraynada fəaliyyət göstərən şirkəti iştirak edir. Sentyabra qədər məsələ həllini tapması nəzərdə tutulub. Qeyd edək ki, "Baku Taxi" MMC indiyədək ölkəyə 1 000 London taksisi gətirib. 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar ölkəyə tələbata uyğun olaraq taksilərin gətirilməsi planlaşdırılır.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol