• $
  • €
  • ₽
  • ₺
  • £

Nəqliyyatda kart sisteminin tətbiqi nə vaxt başa çatacaq?

Nəqliyyatda kart sisteminin tətbiqi nə vaxt başa çatacaq?
11.06.2014 17:30
Bakıda nəqliyyatda kart sistemi 2015-ci ildə tam tətbiq olunandan sonra sürücülər maaş sistemi əsasında işləyəcəklər.Belə ki, bu zaman sahibkarla sürücü arasında müvafiq müqavilə imzalanacaq. Çünki sürücü sərnişindən pul almadıqda avtomatik olaraq maaş sistemini öz sahibkarı qarşısında qaldıracaq. “APA-Economics”in xəbərinə görə, hu haqda Nəqliyyat Nazirliyinin mətbuat katibliyini rəhbəri Namiq Həsənov jurnalistlərə açıqlamasında bildirib. N. Həsənov qeyd edib ki, nəqliyyatda kart sistemi və sürücülərin maaş sisteminə tam keçəndən sonra bütün neqativ hallar aradan qaldırılacaq. “Bir müddət həddindən artıq pərakəndə vəziyyət yaranmışdı. Sürücülər qrafikə uyğun hərəkət etmək üçün hətta yarışa çıxırdılar. Vəziyyət indi sabitləşib, amma yenə də belə sürücülərə rast gəlmək mümkündür”, - deyə o qeyd edib. O, əlavə edib ki, sürət həddini aşan sürücülərə qarşı Dövlət Yol Polisi də, Dövlət Avtomobil Nəqliyyat Xidməti, eyni zamanda “Bakı Sərnişin Nəqliyyatı” MMC də reydlər keçirir: “Bunun kifayət qədər təsiri var. Reydlər zamanı aşkar olunan nöqsanlara rast gəlinir və onlar aradan qaldırılır. Düzdür, əvvəlki kimi çox olmasa da, yenə də belə sürücülər var. Amma sürücünün də məsuliyyəti olmalıdır. Nəqliyyat Nazirliyi sərnişindaşıma ilə məşğul olmağa başlayanda 210 daşıyıcı var idi, onların böyük əksəriyyəti ixtisar olunub təxminən 33 daşıyıcı qalıb. Bu o deməkdir ki, qaydaları pozan sahibkarların marşrutları əllərindən alınıb, başqalarına verilir və bu davam edəcək”. N. Həsənov qeyd edib ki, sürücülər üçün iki rəngdə vahid geyim forması hazırlanır. Bu il ərzində 2 500 avtobusda bütün sürücülərin vahid geyiminə keçiləcək.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol