• $
  • €
  • ₽
  • ₺
  • £

Kriptovalyutaların təhlükəli olduğu bildirilir

Kriptovalyutaların təhlükəli olduğu bildirilir
15.01.2021 09:33
Son günlər kriptovalyuta bazarının dəyişkənliyi və dələduzluq hallarının artması ilə bağlı daha ciddə nəzarətə alınmasının vacibliyi vurğulanır.

Ötən gün Avropa Mərkəzi Bankının (ECB) rəhbəri Kristin Laqard bitkoinin möhtəkirliyə məruz qaldığını, çirkli pulların yuyulmasında istifadə olunduğunu qeyd edərək beynəlxalq miqyasda, bəlkə, G7 və ya G20 səviyyəsində kriptovalyuta bazarının tənzimlənməsinə ehtiyac olduğunu irəli sürüb.

ECB rəhbəri, həmçinin rəqəmli məkanda çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı qabaqlayıcı tədbirlər hazırlayan Maliyyə Fəaliyyətlərini Tənzimləmə Qrupu (FATF) tərəfindən də kriptovalyutalara getdikcə daha çox diqqət yetirildiyini dilə gətirib.

Həmçinin Böyük Britaniya Maliyyə İdarəçilik Qurumu (FCA) da kriptovalyutalara əsaslanan qanunsuz yatırım zəncirlərinin geniş vüsət aldığını qeyd edərək bu cür zəncirlərdə iştirak edən hər kəsin bütün pullarını itirə biləcəyinə hazır olmasını bildirib.  Bir mənbənin sözlərinə görə, FCA kriptovalyutaların məzənnə dəyişkənliyi nəticəsində istehlakçıları maraqlandıraraq həmin aktivlərə yatırımların artmasına səbəb olacağından narahatdır.

Qeyd edək ki, ötən il ərzində 4 dəfədən çox bahalaşaraq yanvarın əvvəlində 40 min ABŞ dollarını "görən” bitkoin daha sonra müəmmalı səbəbdən 17 faiz ucuzlaşıb. Bu cür dəyişkənlik bir çox böyük sərmayə təsisatlarını perikdirir.



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol