• $
  • €
  • ₽
  • ₺
  • £

Ötən il Azercell-in LTE şəbəkəsinin ölkə üzrə genişlənməsi 85%-dən artıq olub

Ötən il Azercell-in LTE şəbəkəsinin ölkə üzrə genişlənməsi 85%-dən artıq olub
25.01.2021 17:34
"Azercell Telekom” 2020-ci il ərzində LTE şəbəkəsinin təkmilləşdirilməsi layihəsini uğurla həyata keçirib. Qeyd olunan dövrdə Azercell-in LTE şəbəkəsinin əhatə dairəsinin əhəmiyyətli dərəcədə genişlənməsi ölkənin hər yerində abunəçilərin daha keyfiyyətli xidmətlə təmin olunmasına şərait yaradıb.

Görülən işlər nəticəsində ötən il ərzində Azercell-in LTE şəbəkəsinin əhatə dairəsi 74,2%-dən 85,1%-ə yüksəlib, şəbəkənin ərazi baxımdan coğrafi əhatəsi isə 61,4%-dən 72,4 %-ə qədər genişləndirilib. LTE şəbəkəsinin təkmilləşdirilməsi layihəsinin başlandığı 2 il ərzində isə (01.01.2019-cu il tarixindən 2020-ci ilin sonunadək) Azercell-in LTE şəbəkəsinin əhali əhatə dairəsi 35.9%-dən 85.1%-ə, coğrafi dairəsi 22,5%-dən 72,4%-dək artıb.

LTE şəbəkəsinin genişləndirilməsi layihəsi çərçivəsində 2020-ci ildə bu texnologiya üzərindən çalışan 784 yeni radio baza stansiyası quraşdırılıb. Bu stansiyaların müəyyən hissəsi 44 günlük Vətən Müharibəsi nəticəsində işğaldan azad olunmuş ərazilərdə işə salınıb. Ümumilikdə LTE şəbəkəsinə aid radio baza stansiyalarının sayı 2679-a çatdırılıb.

Xüsusilə regionlarda görülən işlər sayəsində ölkə üzrə LTE şəbəkəsi daha da genişləndirilib. Qeyd etmək kifayətdir ki, keçən ilin təkcə sentyabr-dekabr ayları ərzində 118 yeni LTE stansiya istifadəyə verilib.

Şəbəkənin təkmilləşdirilməsi sahəsində aktiv fəaliyyətinin nəticəsi olaraq ölkə ərazisində Azercell-in təqdim etdiyi xidmətlərdə əhəmiyyətli irəliləyişlər olub. Görülən işlər Azercell şəbəkəsi üzrə LTE texnologiyası ilə ötürülən data trafikin həcminə də təsir edib. Son bir il ərzində bu göstərici 2.25 dəfə artıb. Hazırda şəbəkədə daşınan ümumi trafikin təxminən 69%-i bu texnologiya üzərindən daşınmaqdadır. Ümumilikdə 2020-ci il ərzində LTE şəbəkəsi üzrə səs trafikində 14%, internet trafikində isə 60% artım əldə olunub.

Bakı və Abşeronda LTE şəbəkəsinin keyfiyyətinin yaxşılaşdırılması tədbirləri Bakı metropolitenində də aparılır. Layihə çərçivəsində artıq 13 metro stansiyasında və tunellərdə işlər yekunlaşıb. Metro stansiyalarda aktivləşdirilən LTE-Daşıyıcı Birləşdirmə sistemi bu şəbəkədən istifadə edən abunəçilərin daha yüksək sürətli mobil internet əldə etməsinə imkan verir.

Qeyd edək ki, bölgələrdə LTE texnologiyası üzrə datanın ötürülmə sürəti, informasiyanı yükləmə müddəti və video materialların daha yüksək keyfiyyətlə ötürülməsi parametrlərinə görə Azercell ölkənin digər mobil operatorlarından öndədir. Bunu Avropanın "Systemics” şirkətinin ötən il Azərbaycanda keçirdiyi müstəqil bençmarkinq testinin nəticələri də təsdiqləyib. Dünya miqyaslı telekommunikasiya şirkəti olan Ericsson-un apardığı bençmarkinq araşdırmaları isə LTE şəbəkəsinin sürətinə görə Azercell-in "Öz sinfində” ("Best in class”) ən yaxşı operatorlardan biri olduğunu göstərib. Şəbəkənin real zaman rejimində monitorinqinə imkan verən Argela sisteminin tətbiqi də Azercell-in LTE şəbəkəsinin keyfiyyətinin yüksək səviyyədə olmasına imkan yaradır.

Hazırda Azercell şirkəti LTE şəbəkəsinin paytaxt və regionlar boyu daha da keyfiyyətli olması, internet trafikin yüksək keyfiyyətinin təmin edilməsi və artırılması istiqamətində texniki tədbirləri davam etdirir. Lider mobil operator LTE üzərində çalışan baza stansiyalarının sayını da sürətlə artırır.


Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol