Kapital Bank Hadrutda bankomat və ödəniş terminalı quraşdırdı

Kapital Bank işğaldan azad olunan ərazilərdə bank infrastrukturunun bərpası istiqamətində işlər həyata keçirməyə davam edir. Belə ki, Hadrut qəsəbəsində fəaliyyət göstərən "Bolmart” marketində Kapital Bank-a məxsus bankomat və ödəniş terminalı quraşdırılıb.
Qeyd edək ki, ötən aylarda Şuşada və Qubadlıda da bankomat və ödəniş terminalı yerləşdirilib.
Həmçinin, AzCake mağazasında Kapital Bank-ın POS terminalı quraşdırılıb, mağaza BirKart-ın partnyorları sırasına daxil edilib. Bununla da dövlət tərəfindən mülki əhaliyə işğaldan azad olunan rayonlara getmək imkanı yaradılan kimi, taksit imkanından, "Ürəklər” bonus sistemindən, bankomat və ödəniş terminallarından yararlanmaq mümkün olacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























