• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda qanunsuz valyuta dəyişən şəxs - Həbs edilib

Bakıda qanunsuz valyuta dəyişən şəxs - Həbs edilib
28.01.2021 14:43
Ölkəmizdəki azad və rəqabətli biznes mühitindən sui-istifadə edən kölgə iqtisadiyyatı subyektləri və valyuta möhtəkirlərinin qanunsuz əməllərinə qarşı mübarizə istiqamətində prokurorluq orqanlarının ardıcıl tədbirləri davam etdirilir.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, belə tədbirlərdən biri kimi, Hüseynov Şahüseyn Qurban oğlunun qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və lisenziya almadan, beynəlxalq pul köçürmələri və sair qanunsuz maliyyə əməliyyatları ilə məşğul olmasına dair daxil olmuş məlumat əsasında həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Aparılmış əməliyyat-istintaq tədbirləri ilə Şahüseyn Hüseynovun 2017-ci ildən etibarən Bakı şəhəri ərazisində icarəyə götürdüyü ofisdə faktiki olaraq bank fəaliyyəti ilə məşğul olaraq pul vəsaitlərinin müəyyən faizi məbləğində xidmət haqqı müqabilində qanunsuz olaraq ayrı-ayrı şəxslərdən qəbul olunması və həmin şəxslərin sifarişi ilə üçüncü şəxslərə verilməsi üzrə xidmət göstərilməsindən ibarət sahibkarlıq fəaliyyəti göstərməsinə, xarici dövlətlərdə yaşayan şəxslərlə qabaqcadan əlbir olaraq, ayrı-ayrı şəxslərdən aldığı müxtəlif məbləğlərdə pul vəsaitini xarici dövlətlərə və əksinə istiqamətdə göndərməsinə və bu yolla ümumilikdə xüsusilə külli miqdarda pul vəsaitini gəlir qismində əldə etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

İş üzrə Şahüseyn Hüseynovun icarəyə götürdüyü ofisdə, o cümlədən yaşayış və digər aidiyyəti ünvanlarda aparılan axtarışlar zamanı 248 min ABŞ dolları və 1.450 manat məbləğində pul əskinasları, pul vəsaitlərinin köçürülməsinə dair qara mühasibatlıq sənədləri və iş üzrə əhəmiyyət kəsb edən digər sübutlar aşkar edilərək götürülmüşdür.

Toplanmış ilkin sübutlarla Şahüseyn Hüseynov Cinayət Məcəlləsinin 192.3.2-ci maddəsi (xüsusilə külli miqdarda gəlir əldə etməklə törədilən qanunsuz sahibkarlıq) ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda Şahüseyn Hüseynovun digər qanunsuz hərəkətlərinin aşkar edilməsi, valyuta mübadiləsi ilə bağlı maxinasiyalarda iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi və vurulmuş ziyanın tam həcminin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol