• $
  • €
  • ₽
  • ₺
  • £

Unibank müştərisi lotereyada Lexus avtomobili qazanıb

Unibank müştərisi lotereyada Lexus avtomobili qazanıb
02.02.2021 15:50
Unibank kartı öz sahibinin həyatını dəyişdi. 7 ildir "Unibank”ın müştərisi olan Nail Qəhrəmanov "Baravo” marketdə etdiyi alış-verişin dəyərini  Mastercard Albalı Plus kartı ilə ödəyəndə, bu seçimin ona necə böyük sürpriz bəxş edəcəyindən xəbərsiz idi. Elə bankdan bu alış-verişin ona "Lexus UX” avtomobili qazandırdığı xəbərini verəndə də, hansısa dostunun onunla zarafat etdiyini düşünüb: "Mən uzun illərdir "Unibank”ın müştərisiyəm. Həmişə xidmətlərindən razı olmuşam. Lotereya haqda məlumatı eşitmişdim və hədiyyələrdən biri olan iPhone XC telefonunu qazanmağı arzulayırdım. Avtomobil qazanacağımı heç düşünmürdüm. Belə bir imkan yaratdıqları üçün lotereyanın təşkilatçılarına təşəkkür edirəm. Unibank kartım olmasaydı, bu hədiyyəni qazanmaq şansım olmazdıı. Müştərilərinə tez-tez belə gözəl sürprizlər etdiyi və daim yüksək bank xidmətləri göstərdiyi üçün "Unibank”a minnətdarlığımı bildirərəm”

Qeyd edək ki, Nail Qəhrəmanov "Mastercard Bravo alış-verişinizə şans qatır” adlı tirajlı stimullaşdırıcı lotereyanın sonuncu tirajının əsas qalibi olub. 

"Qürur hissi ilə vurğulamalıyam ki, Mastercard ölkənin daha şəffaf və güclü iqtisadiyyatı naminə nağdsız cəmiyyətə dəstək vermək üçün rəqəmsal ödənişləri artırmaq məqsədi daşıyan "Nağdsız Azərbaycan" layihəsində Azərbaycan hökumətini dəstəkləməyə davam edir. Bu lotereya ictimaiyyət üçün faydalı və çox uğurlu keçdi. Bütün Mastercard ödəmə əməliyyatları sizə bir şans verdi. Mastercard-ın təmassız əməliyyatları isə 10 şans qazandırdı. Bizim gələcəkdə də belə kampaniyalarımız olacaq. Diqqətiniz bizdə olsun,” – deyə Mastercard-ın Azərbaycan üzrə Ölkə Meneceri Erdem Çakar qeyd edib.
Unibank kartına sahib olmaq sizə nəinki xoş sürprizlər, hədiyyələr qazandırır, hər yerdə istifadəyə, kartdakı vəsaiti istər xərclədiyinizdə, istərsə də kart hesabında saxlayan zaman əlavə gəlir qazanmağınıza imkan yaradır. 

Unibank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə hər kəsin xidmətindədir. "Unibank”ın filialları həftənin 5 günü nahar fasiləsi olmadan, fəaliyyət göstərir.  

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

Unibank-hər kəsin bankı!



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol