• $
  • €
  • ₽
  • ₺
  • £

Dünya universitetlərinin dərsliyi Azərbaycan dilində nəşr olundu

Dünya universitetlərinin dərsliyi Azərbaycan  dilində nəşr olundu
17.02.2021 09:43
Azərbaycan Beynəlxalq Bankı daha bir korporativ sosial məsuliyyət layihəsini cəmiyyətə təqdim edib. Layihə çərçivəsində Massaçusetst Texnologiya İnstitutunun professoru Conatan Qruberin "Dövlət maliyyəsi və dövlət siyasəti” kitabı Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub. Bu, Azərbaycan Beynəlxalq Bankının ölkəmizdə təhsilə, innovasiyalara, cəmiyyətdə maliyyə savadlılığının artırılmasına dəstək tədbirlərinin davamıdır. 

Yüksək keyfiyyətlə nəşr olunmuş kitabın nüsxələrini Azərbaycan Beynəlxalq Bankı ölkəmizdə fəaliyyət göstərən bütün universitetlərə, eləcə də mərkəzi kitabxanalara  hədiyyə edəcək. Dövlət maliyyəsi və dövlət siyasəti mövzusu ilə maraqlanan hər bir oxucu dərslikdən faydalana biləcək. 

Professor Conatan Qruberin adı çəkilən kitabı bu mövzu üzrə ən mükəmməl dərsliklərdən sayılır. Kitabdan dünyanın aparıcı universitetlərində tədris zamanı fundamental mənbə kimi geniş istifadə edilir. Dərslik müasir dövrün reallıqlarına aid dərin təhlillərlə, maraqlı faktlarla zəngindir. Burada öz əksini tapmış nəzəri yanaşmalar, praktik həllər, əsaslı dəlillər dövlət maliyyəsi və dövlət siyasəti ilə bağlı dolğun təsəvvür yaradır. 

Azərbaycan Beynəlxalq Bankı kimi böyük biznes qurumunun bu faydalı təşəbbüsü ölkəmizdə dərslik bazasının sürətlə yenilənməsinə, yeni peşəkarlar nəslinin yetişməsinə, beynəlxalq təcrübənin cəmiyyətimiz üçün daha da əlçatan olmasına xidmət edir. Ana dilimizdə bu cür faydalı resursların formalaşdırılması qloballaşma şəraitində Azərbaycan dilinin qorunması və inkişafı işinə də əhəmiyyətli dəstəkdir. 

Bankın İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: "Azərbaycan Beynəlxalq Bankı müasir dövlət bankı olaraq dövlətimizin həyata keçirdiyi sosial layihələrdə, iqtisadiyyata dəstək tədbirlərində yaxından iştirak edir. Cəmiyyətimizdə dövlət maliyyəsi üzrə bilik səviyyəsinin genişlənməsi sosial-iqtisadi transformasiya proseslərinin öz məqsədinə çatması baxımından son dərəcə faydalıdır. Ona görə biz də məhz bu fundamental dərsliyin tərcümə və nəşrinə qərar verdik. Ümid edirik ki, bu kitab universitetlərimizdə müasir tələblərə uyğun kadr hazırlığı işinə, elm və təhsilin inkişafına kömək göstərəcək. Eləcə də sosial-iqtisadi həyatın iştirakçıları arasında münasibətlərin tənzimlənməsinə fayda verəcək. Azərbaycan Beynəlxalq Bankı belə layihələri bundan sonra da davam etdirmək niyyətindədir”.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri barədə məlumatları bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol