• $
  • €
  • ₽
  • ₺
  • £

İntellektualların “Nar” kuboku uğrunda mübarizəsi başlayır

İntellektualların “Nar” kuboku uğrunda mübarizəsi başlayır
19.02.2021 16:39
"Nar”ın baş sponsorluğu ilə ölkənin ən maraqlı və baxımlı intellektual yarışı olan "Breyn Rinq”in 17-ci mövsümü başlayır. Bilik yarışının builki mövsümündə respublikanın 6 bölgəsi və 6 ali məktəbini təmsil edən 16 seçilmiş komanda olimpiya sistemi üzrə mübarizə aparacaq. Yarışda iştirak edəcək komandalar region, universitet və sponsor komandaları olmaqla 3 diviziona bölünüb. Hər divizion üzrə qalib gələcək komandalar finalda "Nar” tərəfindən təsis edilmiş "Nar” kuboku uğrunda mübarizə aparacaqlar. Qeyd edək ki, builki mövsümdə ilk dəfə "Nar”ın dəstəklədiyi "Qarabağ” komandası da mübarizəyə qoşulacaq. Komandanın üzvləri işğaldan azad edilmiş bölgələrin intellektualları olacaq. Fevralın 19-dan start götürəcək yarış hər həftənin cümə günü saat 22:00-da İctimai Televiziyada yayımlanacaq. 
 
Qeyd edək ki, ölkədə karantin rejiminin davam etməsi ilə əlaqədar olaraq yarış pandemiya şərtlərinə uyğun keçiriləcək. Belə ki, hər buraxılışda tamaşaçıların iştirakı olmadan sadəcə iki komanda mübarizə aparacaq. Bundan başqa, yarışda iştirak edən hər komanda və heyət üzvü çəkilişdən öncə "COVİD-19” testindən keçməlidir. 
 
Televiziya tamaşaçılarının yarışlara olan marağını daha da artırmaq məqsədilə hər il olduğu kimi bu il də "Nar”ın "Twitter” səhifəsində yarış keçiriləcək. Hər zaman gənclərin intellektual inkişafına xüsusi önəm verən "Nar”, artıq 9 ildir ki, "Breyn Rinq” intellektual yarışının baş sponsorudur. "Nar”ın digər layihələri ilə burada tanış olmaq olar. 

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. "Nar” şəbəkəsi hazırda 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol