Yelo Bank şagirdləri sertifikatlarla təltif etdi

"Parlaq gələcək
təhsildədir" şüarı ilə başlamış «Yelo school» sosial layihəsinin iştirakçıları
sertifikatlarla təltif edildi.
Yelo Bank tərəfindən
şagirdlərin asudə vaxtlarını səmərəli keçirmələri və gələcək həyata daha da
hazırlıqlı olmaları üçün təşkil edilmiş onlayn təlimlərdə Lənkəran rayonu,
Boladi kəndinin 1 nömrəli orta məktəbinin 7-11-ci sinif şagirdləri iştirak
etdilər.Təlimi uğurla bitirmiş bütün şagirdlər Bankın xüsusi sertifikatları ilə
təltif edildi.
Təlimlərin məqsədi
şəxsiyyətin düzgün formalaşmasına yardımçı olmaq, uşaqlarda təfəkkürü inkişaf
etdirmək, gələcək peşə seçimində hədəflərini təyin etməkdə kömək olmaq və
liderlik keyfiyyətlərini müəyyənləşdirmək idi. Proqram çərçivəsində təhlükəsiz internet,
çətinliklərlə mübarizə və bullinq kimi vacib mövzular da əhatə olunub.
Bankın "Yelo
school” layihəsinin inkişaf perspektivləri ilə bağlı böyük planları var. Şagirdlərin
bölgələr üzrə əhatə dairəsini genişləndirmək, bununla yanaşı bank işçilərinin və
müştərilərin uşaqlarını da bu layihəyə cəlb etmək planlaşdırılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























