• $
  • €
  • ₽
  • ₺
  • £

Unibank daha çevik idaretmə modelinə keçib

Unibank daha çevik idaretmə modelinə keçib
01.03.2021 14:59
Bank sektorunda sürətli yeniliklərə və bazardakı müsbət dəyişikliklərə hər zaman ilk adekvat cavab verən banklardan olan Unibank, korporativ idarəçiliyində yenilik edib. Yeni idarəçilik modelinə əsasən,  qərarların daha operativ verilməsi üçün bankda İcraedici Komitə yaradılıb. Komitənin rəhbəri İdarə Heyəti sədrinin birinci müavini İqor Okayev, müavini isə İdarə Heyəti sədrinin müavini Fərid Abuşovdur.  


Unibank KB İdarə Heyətinin sədri Faiq Hüseynov "Unibank”ın yeni strateji planına uyğun olaraq, yaxın illərdə bank komandasının qarşısında böyük planlar durduğunu qeyd edib: "Biz əminik ki, "Unibank”ın güclü top-menecmenti bu planların öhdəsindən layiqincə gələcək. Yeni  struktur, qarşıya çıxan məsələləri daha çevik və operativ həll etməyə, sürətli dəyişikliklər və innovasiyaları dəstəkləyərək, bütün menecerləri strateji xarakterli məsələlərin həllinə cəlb etməyə imkan verəcək. Bankın bütün səviyyələrində işləyən mütəxəssislərın inkişafına daha çox imkanların yaradılmasına xidmət edən bu idarəetmə modeli, qərarların kollegial qaydada verilməsini təmin edəcək”.


Unibank KB-nin İcraçı Direktoru İqor Okayev bankın dördüncü onilliyə daha güclənmiş komanda ilə daxil olması və bazarda öz mövqeyini daha da gücləndirməsi istiqamətində işlərin uğurla həyata keçiriləcəyinə əminliyini bildirib: "Sürətlə yenilənən texnologiya və müştərilərin bu texnologiyaya artan tələbləri, bu sahədə bank sektorunda olan yüksək rəqabət qərarların daha çevik verilməsini zəruri edir. İnanıram ki, bizim yeni struktur daha çevik, kollegial və düzgün qərarlar verməklə,  Bankın qarşısında duran hədəflərə çatmasına nail olacaq.”.


Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. 28 illik mövcudluğu dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.
Unibank-hər kəsin bankı!



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol