• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Beynəlxalq Bankından xanımlara hədiyyə

Azərbaycan Beynəlxalq Bankından  xanımlara hədiyyə
02.03.2021 14:16
Azərbaycan Beynəlxalq Bankı 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə xanımlara xoş bir sürpriz hazırlayıb. Bu gündən başlayaraq Bank ödəniş üzüklərində endirim kampaniyasına start verir. Martın 10-a qədər davam edəcək kampaniya dövründə müştərilərə VISA İnfinite kartları ilə təqdim olunan ödəniş üzüklərini 50%, VISA Platinum kartları ilə təqdim olunan ödəniş üzüklərini isə 30% endirimlə əldə etmək olar. Üstəlik, onlayn sifariş edilmiş üzük və kartlar şəhər daxilində müştərinin ünvanına pulsuz çatdırılacaq.

Ödəniş üzükləri Azərbaycan Beynəlxalq Bankının ölkəmizə gətirdiyi növbəti innovativ bankçılıq texnologiyalarındandır. Bankın ötən ilin əvvəlindən bazara təqdim etdiyi bu ödəniş vasitəsi təmassız NFC texnologiyası əsasında hazırlanıb. Ödəniş üzükləri adi plastik bank kartının bir çox funksiyalarını yerinə yetirir. VISA kartları ilə təmassız  ödəniş aparmağın mümkün olduğu əksər yerlərdə bu üzüklərdən istifadə edib ödənişləri qısa zamanda həyata keçirmək olar.
 
Ödəniş aparan zaman üzüyün üst hissəsini POS terminala yaxınlaşdırmaq kifayətdir. Bu zaman ödəniş əməliyyatı cəmi 1-2 saniyə ərzində başa çatır. Bankın NFC texnologiyasını dəstəkləyən yeni ATM-lərində də bu üzüklərdən istifadə etmək imkanı var. Üzük su keçirmədiyindən onu ağır zərbələrdən, kimyəvi maddələrin təsirindən qorumaqla həmişə barmaqda gəzdirmək olar.

Ödəniş üzüklərini şəxsiyyət vəsiqəsi ilə Azərbaycan Beynəlxalq Bankının istənilən filial və ya şöbəsindən və ya onlayn sifarişlə əldə etmək mümkündür. 
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi "Facebook” səhifəsindən əldə etmək olar.







www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol