Azercell müştəri təcrübəsinin idarə edilməsinə görə yeni mükafat qazanıb

Daha bir beynəlxalq
ISO – Keyfiyyətin İdarə Olunması
standartı lider mobil operatorun abunəçilərinə göstərdiyi yüksək xidmət səviyyəsinin
növbəti göstəricisidir
Müştəri Xidmətləri sahəsində ölkəmizdə örnək olan "Azercell Telekom” MMC ISO 10004:2018 : Keyfiyyətin idarə olunması/Müştəri məmnuniyyətinin monitorinqi və ölçülməsi üzrə təlimatlar beynəlxalq standartına uyğunluq üzrə sertifikasiya auditini başa vuraraq məhz həmin standart üzrə ilk sertifikatını əldə etdi. "Büro Veritas Azeri” MMC tərəfindən aparılmış audit zamanı müştəri məmnuniyyətinin ölçülməsi və monitorinqi prosesi haqda ətraflı məlumat verildi. Buraya prosesin ümumi əhatə dairəsi, müştəri məmnuniyyətinin ölçülməsinin müxtəlif üsulları, əldə edilən nəticələr əsasında müvafiq tədbirlərin görülməsi və proseslərin, eləcə də xidmətlərin təkmilləşdirilməsində məlumatın istifadə edilməsi və s.kimi tərkib hissələr daxil idi.
Müasir texnologiyaların və
biznes həllərin köməyilə müştərilərinin işini asanlaşdırmağı hədəfləyən
Azercell hazırda öz abunəçilərinə bütün mümkün platformalar üzərindən xidmətləri
təqdim edir. Şirkət sosial şəbəkələr üzrə müştərilərə göstərilən xidmət səviyyəsi,
müraciətlərin cavablandırılması üzrə dəfələrlə beynəlxalq sertifikatlara layiq
görülüb. Hətta, COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunan sərt karantin
rejimində Azercell Müştəri Xidmətləri fasiləsiz olaraq onlayn şəkildə fəaliyyət
göstərib, yaşı 65-dən yuxarı olan abunəçilərə isə Səyyar Müştəri Xidmətləri tərəfindən
pulsuz xidmət aparılıb. Azercell-in istifadəyə verdiyi "Kabinetim” tətbiqi müştəri
məmnuniyyətinin artırılması, şikayətlərin dərhal həlli istiqamətində atılmış
böyük addımlardan biri olub.
ISO (Beynəlxalq Standartlaşdırma Təşkilatı) ümumdünya milli standartlar qurumları (ISO üzv qurumları) federasiyasıdır. İndiyədək federasiya tərəfindən idarəçilik, texnologiyalar və biznes sahəsində əmtəələrə, xidmətlərə və müsbət təcrübələrə dair minlərlə standartlar müəyyənləşdirilib.
Qeyd edək ki, müştərilərə göstərdiyi xidmət keyfiyyətinin ölçülməsi ilə bağlı Şirkət daha öncə ISO 10002:2018 : Keyfiyyətin İdarə Olunması /Müştəri Məmnuniyyəti /Müəssisələrdə Şikayətlərə Baxılmasına dair təlimatlar standartına uyğunluq üzrə sertifikat və ISO 18295:2017 : Əlaqə Mərkəzlərinin idarə edilməsi sahəsində uyğunluq sertifikatına layiq görülüb.
www.anews.az
Müştəri Xidmətləri sahəsində ölkəmizdə örnək olan "Azercell Telekom” MMC ISO 10004:2018 : Keyfiyyətin idarə olunması/Müştəri məmnuniyyətinin monitorinqi və ölçülməsi üzrə təlimatlar beynəlxalq standartına uyğunluq üzrə sertifikasiya auditini başa vuraraq məhz həmin standart üzrə ilk sertifikatını əldə etdi. "Büro Veritas Azeri” MMC tərəfindən aparılmış audit zamanı müştəri məmnuniyyətinin ölçülməsi və monitorinqi prosesi haqda ətraflı məlumat verildi. Buraya prosesin ümumi əhatə dairəsi, müştəri məmnuniyyətinin ölçülməsinin müxtəlif üsulları, əldə edilən nəticələr əsasında müvafiq tədbirlərin görülməsi və proseslərin, eləcə də xidmətlərin təkmilləşdirilməsində məlumatın istifadə edilməsi və s.kimi tərkib hissələr daxil idi.
ISO (Beynəlxalq Standartlaşdırma Təşkilatı) ümumdünya milli standartlar qurumları (ISO üzv qurumları) federasiyasıdır. İndiyədək federasiya tərəfindən idarəçilik, texnologiyalar və biznes sahəsində əmtəələrə, xidmətlərə və müsbət təcrübələrə dair minlərlə standartlar müəyyənləşdirilib.
Qeyd edək ki, müştərilərə göstərdiyi xidmət keyfiyyətinin ölçülməsi ilə bağlı Şirkət daha öncə ISO 10002:2018 : Keyfiyyətin İdarə Olunması /Müştəri Məmnuniyyəti /Müəssisələrdə Şikayətlərə Baxılmasına dair təlimatlar standartına uyğunluq üzrə sertifikat və ISO 18295:2017 : Əlaqə Mərkəzlərinin idarə edilməsi sahəsində uyğunluq sertifikatına layiq görülüb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























