Deputat ölkədəki qiymət artımına ETİRAZ etdi

Deputat Əli Məsimli Milli Məclisin bu gün keçirilən iclasında ölkədəki qiymət artımına etirazını bildirib.
Anews.az xəbər verir ki, deputat Ə.Məsimli bildirib ki, monopolistlər müxtəlif bəhanələrlə qiymətləri hər gün artırırlar.
"Azərbaycanda monopoliyaya son qoymaq lazımdır. Elə olmalıdır ki, Azərbaycanın bütün təbəqələri Novruz süfrəsi aça bilsin. Heç olmasa bu bayramda qiymətləri qaldırmasınlar. Mütləq məhsul bolluğu yaratmaq lazımdır. Məhsul nə qədər bol olarsa, qiymətlər aşağı enər"- deyə deputat qeyd edib.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























