• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda qızıl yatağı əlavə kapital qoyulmadan istismar olunacaq

Azərbaycanda qızıl yatağı əlavə kapital qoyulmadan istismar olunacaq
09.03.2021 22:00
"Mərəh” qızıl yatağında istismarla bağlı işlərə cari ilin ortalarında start verilməsi planlaşdırılır.

Bu barədə "AzerGold” Qapalı Səhmdar Cəmiyyətindən məlumat verilib.  

Bildirilib ki, "Ağyoxuş” yatağının hasilata hazırlıq işləri çərçivəsində "Mərəh” yatağı üzrə də inzibati ərazi, müvəqqəti tikililərin hazırlanması, eləcə də abadlıq işləri yerinə yetirilib.

Əlavə edilib ki, "Mərəh” yatağı ərazisində mövcud ehtiyatların və perspektiv resursların qiymətləndirilməsi məqsədi ilə 2019-2020-ci il ərzində buruq-qazma işləri icra edilib. Həmin işlərin nəticəsində götürülmüş nümunələr Avstraliyanın beynəlxalq nüfuzlu "ALS Global” laboratoriya şirkətinin Türkiyə nümayəndəliyində analiz edilib. Yerin təkində olan ehtiyatlar beynəlxalq məsləhətçi şirkət tərəfindən qiymətləndirilib. Geoloji işlərlə yanaşı, yataq üzrə kompleks çöl və tədqiqat işləri aparılıb, sözügedən yataq üzrə filizlərin emalı üçün optimal metallurji texnoloji emal sxemi müəyyən edilib. Bununla yanaşı, yataq üzrə ekoloji monitorinq işləri aparılıb və müvafiq hesabatlar əldə olunub. Yatağın açıq karxana üsulu ilə istismarı üçün konseptual sxem hazırlanıb.

Yataqdan hasil ediləcək filizlərin "Çovdar” İnteqrəolunmuş Regional Emal Sahəsinin maddi-texniki resurslarından istifadə edilməklə emal edilməsi planlaşdırılır. Beləliklə, miqyasına görə nisbətən kiçik hesab edilən və ayrılıqda iqtisadi səmərəsizlik riski daşıyan "Mərəh” qızıl yatağı əlavə kapital qoyulmadan, eləcə də yeni emal zavodu və müvafiq infrastruktur qurulmadan istismar olunacaq. Nəticədə sözügedən yatağın iqtisadi səmərəliliyi təmin ediləcək.

Xatırladaq ki, "Mərəh” qızıl yatağı "AzerGold” QSC-nin geoloqları tərəfindən 2018-ci ildə Göygöl və Daşkəsən rayonlarının sərhədində aşkar edilib. Yataq "Çovdar” sahəsinin şimal-şərqində yerləşir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol