Aydın Əliyev: “Azərbaycana gətirilən avtomobillərin sayında azalma müşahidə olunur”

Azərbaycana gətirilən avtomobillərin sayında hələ də azalma müşahidə olunur.“APA-Economics”in məlumatına görə, bunu Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, may ayında da azalma qeydə alınıb: “Amma mənə elə gəlir ki, bazar boş qalmayacaq. Azərbaycana gətirilən maşınlar yalnız ilinə görə ölkəyə idxal olunmur. Orada maşınlar müayinədən keçir. Yoxlamalarda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əməkdaşları ilə birgə lazımi nəzarət tədbirləri həyata keçirilir”.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























