• $
  • €
  • ₽
  • ₺
  • £

Beynəlxalq Bank daha 4 xidmət ofisini yenilədi

Beynəlxalq Bank daha 4 xidmət ofisini yenilədi
10.03.2021 19:25
Azərbaycan Beynəlxalq Bankı xidmət şəbəkəsinin yenilənməsini davam etdirməkdədir. "Qafqazinfo" xəbər verir layihə çərçivəsində Bankın Şirvan filialı və Samux, Qəbələ, Göygöl şöbələri yenilənərək müştərilərin xidmətinə verilib. Bankın Şirvan filialı yeni ünvana köçürülüb.

Filial bundan sonra Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 11 ünvanında fəaliyyət göstərəcək. Samux, Qəbələ və Göygöl şöbələrinin ünvanları isə dəyişilməz qalıb.

Yenilənən filial və şöbələrin hər birində müştərilərə yüksək səviyyədə xidmət üçün lazımi şərait yaradılıb. Bu xidmət ofislərində müştərilər kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, ödəniş kartlarının sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatlar və s. də daxil olmaqla, bir çox bank məhsul və xidmətlərindən faydalana bilərlər.

Xidmət şəbəkəsinin yenilənməsində əsas məqsəd müştərilərin daim dəyişən tələb və ehtiyaclarını ən yüksək səviyyədə təmin etmək, yeni keyfiyyət standartları yaratmaqdır.

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin birinci müavini İlham Həbibullayev yenilənmə prosesinin Bankın digər filial və şöbələrini də əhatə edəcəyini bildirib:

"Məqsədimiz müştərilərimizi yeni simada və daha yüksək xidmət keyfiyyəti ilə qarşılamaqdır. Bu proses həm Bakıdakı, həm də regionlardakı xidmət ofislərimizi əhatə edir.

Ənənəvi bank xidmətlərini inkişaf etdirməklə yanaşı, müştərilərin banka gəlmək ehtiyaclarını aradan qaldırmaq üçün rəqəmsal bankçılıq həllərimizi də inkişaf etdiririk.

Ümid edirik ki, görülən bütün bu işlər müştəri məmnuniyyətinin artırılmasına və regionda bank xidmətlərinin müştərilərimiz üçün daha da əlçatanlığına xidmət edəcək”. 

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi "Facebook” səhifəsindən əldə etmək olar

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol