Vatikan keşişlərin eynicinsli cütlüklərə xeyir-dua verməsini qadağan edib

Eynicinsli nikaha girən cütlüklər Katolik kilsənin xeyir-duasını ala bilməyəcəklər.
Bu barədə qərarı İnanc Doktrinasının Konqretasiyası (Dini doqma və əxlaqın ortodoksallığı və paklığına nəzarət etməkdən məsul olan Katolik kilsəsinin idarə orqanı) elan edib.
Papa Fransisk tərəfindən də imzalanan qərar bir sıra Katolik yeparxiyaların sorğularına rəsmi cavab olub. Belə ki, xarici KİV-də yayılan məlumata görə, bəzi ölkələrdəki bir çox keşişlər eynicinsli cütlüklərə xeyir-dua verməyə başlayıblar.
İnanc Doktrinasının Konqretasiyası bəyan edib ki, hətta nikahdankənar özündə seksual aktivliyi ehtiva edən stabil partnyorluq varsa, xeyir-dua verilməməlidir. Kilsəyə görə, evlilik yalnız kişi və qadın arasında ola bilər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























