Azərbaycanın hazır neft ehtiyatları barədə məlumat verildi

Azərbaycanda 2021-ci ilin yanvar-fevral ayları ərzində 5 milyon 828,3 min ton xam neft (qaz kondensatı da daxil olmaqla), 5 milyon 818,3 min ton həcmində isə əmtəəlik neft istehsal edilib.
Anews.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, ölkəmizdə xam neft və əmtəəlik neft hasilatı 4,9 faiz azalıb.
Mart ayının 1-nə olan vəziyyətə görə ölkəmizdə 454,5 min ton həcmində hazır neft ehtiyatı var.
Əlavə edək ki, ilk iki ay ərzində neft-qaz sektoru üzrə 4 milyard 389,7 milyon manatlıq ümumi daxili məhsul istehsal edilib və bu, ötən ilin müvafiq dövrünün göstəricilərinə nəzərən 7,5 faiz azdır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























