• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank və “Qırmızı Ürəklər” Daun sindromlu şəxslər üçün yeni layihə həyata keçirir

Kapital Bank və “Qırmızı Ürəklər” Daun sindromlu şəxslər üçün yeni layihə həyata keçirir
29.03.2021 11:02
Kapital Bank və "Qırmızı Ürəklər” ("Red Hearts”) Xeyriyyə Fondu Daun sindromlu şəxslər üçün yeni layihəyə başlayır. "Hər şey mümkündür!” adlı layihənin əsas məqsədi diqqətdən kənarda qalan bu insanların istər mənəvi, istərsə də maddi cəhətdən cəmiyyətdə aktiv iştirakını təmin etməkdir. 


Heç kimə sirr deyil ki, Daun sindromlu şəxslər hələ də cəmiyyətə tam inteqrasiya olunmur. Buna əsas səbəb onların hər şeyə sevgi ilə yanaşmaları və çox həssas xarakterə malik olmalarıdır. Amma əslində "Günəş uşaqlar" adlandırılan Daun sindromlu şəxslər, dünyanın müxtəlif yerlərində və bir sıra sahələrdə kifayət qədər uğurlu ola bilirlər. 


Onların uğurlu olduğu əsas sahələrdən biri incəsənətdir. Həssas xarakterləri ilə assosiasiya edilən musiqi, rəsm kimi incəsənət sahələrində Daun sindromlu insanlar dünya səviyyəsində şöhrət qazana bilirlər. Azərbaycanda isə bu sindroma sahib olan şəxslər hələ də cəmiyyətdən izolyasiya olunmuş formada yaşayır. Yəni problemin əsas çıxış nöqtəsi cəmiyyətin baxış bucağıdır. 


Yeni layihə çərçivəsində Kapital Bank və "Qırmızı Ürəklər” fondu, aztəminatlı ailələrin himayəsində olan Daun sindromlu uşaqlar üçün 4 istiqamətli (rəsm, rəqs, kulinariya və qurama sənəti) təlimlər təşkil etmək üçün vəsait ayıracaq. Həmçinin BirBank mobil tətbiqinin istifadəçiləri 10 aprel 2021-ci il tarixinədək Daun sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinə ianələr edə bilərlər. 


Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 102 filialı və 19 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol