• $
  • €
  • ₽
  • ₺
  • £

“SOCAR Türkiyə”dən koronavirusun üçüncü dalğası ilə bağlı XƏBƏRDARLIQ

“SOCAR Türkiyə”dən koronavirusun üçüncü dalğası ilə bağlı XƏBƏRDARLIQ
30.03.2021 16:15
Koronavirusun (COVID-19) üçüncü dalğası dünyada neft emalı zavodları üçün böyük risk kəsb edir.

Bunu "Anadolu” agentliyinə müsahibəsində SOCAR-ın Türkiyədəki törəmə şirkəti olan "SOCAR Türkiyə Enerji”nin STAR Neft Emalı Zavodu (NEZ) və "Petkim Petrokimya Holdinq”in baş direktoru Anar Məmmədov deyib.

O bildirib ki, Avropada səmərəsiz fəaliyyət göstərən neft emalı zavodlarının bağlanması Türkiyə üçün fürsət yarada bilər:

"Bəzi oyunçular bazardan çıxmaq məcburiyyətində qalacaq. Dünyanın hər yerində olduğu kimi turizmlə bağlı məhdudiyyətlərin olması aviasiya yanacağına tələbatı azaldıb. Lakin, pandemiya dövründə neft-kimya məhsullarına tələbat artsa da, üçüncü dalğa ehtimalı neft emalını həyata keçirən şirkətlər üçün böyük risk kəsb edir”.

Onun sözlərinə görə, nafta tədarükündə problemlər yaşanır və son aylarda nafta qiyməti xeyli artıb:

"Əsas xammalımız nafta olduğundan ciddi bir təzyiqlə üzləşdik. Lakin məhsullarımıza ehtiyac da yüksəkdir. Hər il neft-kimya məhsullarına tələb 3 faizə qədər artır və pandemiyaya görə tələbin bir qədər də artdığını müşahidə edirik”.

Anar Məmmədov qeyd edib ki, ilin ikinci yarısında dünya iqtisadiyyatında canlanma gözlənilir və bu, növbəti bir-neçə ay ərzində yaşana bilər:

"Gələcəkdə neft emalı bazarında ciddi dəyişikliklər gözlənilir. Neft emalı məhsullarına olan tələbin 2030-cu ilə qədər azalacağını proqnozlaşdırırıq. Bazar daraldıqca oyunçu sayında da dəyişikliklər olacaq və rəqabət artacaq”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol