• $
  • €
  • ₽
  • ₺
  • £

Dünya Bankı: Ermənistana ayırdığımız kreditlər Qarabağda xərclənə bilməz

Dünya Bankı: Ermənistana ayırdığımız kreditlər Qarabağda xərclənə bilməz
02.04.2021 15:43
"Bir çox ölkələr kimi, Ermənistan da Dünya Bankının üzvüdür. Bizim kredit verdiyimiz üzvlərimiz qarşısında həmin vəsaitin xərclənməsi ilə bağlı spesifik tələblərimiz var”.

Bunu "Report”a eksklüziv açıqlamasında Ermənistana ayrılmış kreditlərin Qarabağda istifadə edilməsi ilə bağlı yayılan iddialara aydınlıq gətirən Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl (Sarah Michael) deyib.

Onun sözlərinə görə, bu tələblər bağlanmış müqavilələrdə öz əksini tapır: "Beləliklə deyə bilərəm ki, biz vəsaitlərin düzgün istifadəsi ilə bağlı şərtlərə 100% sadiqik. Vəsaitlərin müqavilələrdə göstərilən istiqamətdə xərclənməsini təmin etmək üçün güclü təlimatlarımız və nəzarət siyasətimiz var. Nəzərdə tutulmuş istiqamətlərdən kənar xərclənməyə dair dəlil yaxud risk olarsabiz buna qarşı tədbir görəcəyik. Orada hər hansı bir problemin olması ilə bağlı isə məlumatım yoxdur".

Xatırladaq ki, son illər Dünya Bankı və digər beynəlxalq maliyyə institutlarının Ermənistana ayırdığı kreditlərin Azərbaycanın uzun illər işğal altında olmuş və ötən il azad edilmiş ərazilərində istifadə edilməsi ilə bağlı iddialar irəli sürülür. Bir neçə il bundan əvvəl keçmiş iqtisadiyyat naziri Şahin Mustafayev Dünya Bankı rəsmiləri ilə görüşərkən bu mövzuda rəsmi Bakının narahatlığını diqqətə çatdırmışdı.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol