• $
  • €
  • ₽
  • ₺
  • £

“Unibank”ın təşkilatçılığı ilə “Clubhouse”da “Azərbaycanda Rəqəmsal Bankçılıq” mövzusu müzakirə edilib

“Unibank”ın təşkilatçılığı ilə “Clubhouse”da “Azərbaycanda Rəqəmsal Bankçılıq” mövzusu müzakirə edilib
02.04.2021 20:13

 
"Unibank”ın təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq "Clubhouse” platformasında aparıcı bankların rəhbərləri və Azərbaycan Respublikası Mərkəzi Bankının Baş direktorunun iştirakı ilə "Azərbaycanda Rəqəmsal Bankçılıq” mövzusunda müzakirə keçirilib. Müzakirəyə 200-ə yaxın iştirakçı qoşulub.

Müzakirələrdə Mərkəzi Bankın Baş direktoru Fərid Osmanov, PAŞA Bankın İdarə Heyətinin üzvü Cəlal Orucov, "Bank Respublika”nın İdarə heyəti sədrinin müavini Elnur Həsənov, "Kapital Bank”ın Agile metodologiyasının tətbiqi idarəsinin Baş direktoru Samir Məmmədov və "Unibank”ın İdarə heyəti sədrinin müavini Fərid Abuşov iştirak ediblər.

Müzakirələrdə vurğulanıb ki, rəqəmsallaşma istiqamətində əhəmiyyətli irəliləyişlər müşahidə olunur. Son illərdə banklar tərəfindən bu istiqamət üzrə görülən işlər və tətbiq olunan yeniliklər hesabına bir çox bank xidmətlərinin məsafədən göstərilməsinə şərait yaradılıb və məsafəli bankçılıq xidmətlərindən aktiv istifadə edən müştərilərin sayı günü-gündən artmaqdadır. Yaxın illərdə aidiyyatı bank xidmətlərinin tam rəqəmsallaşmasını təmin etmək, innovativ maliyyə həlləri və xidmətlər təqdim etmək bankların əsas hədəflərindən olacaq. Qeyd olunan dəyişikliklər eyni zamanda maliyyə xidmətlərinin əlçatanlığının artırılmasına və maliyyə inkluzivliyinin inkişafına xidmət edəcək. Yaxın zamanlarda rəqəmsal xidmələr sahəsində bir sıra yeniliklərin olacağı da diqqətə çatdırılıb. Bu yeniliklər sırasında Apple Pay, Rəqəmsal Manat və Open Banking konsepsiyasının üzərində qurulan xidmətlərin ölkədə inkişafına təkan verəcək çərçivənin yaradılması da qeyd olunub

Spikerlər həmçinin rəqəmsal sistemə keçid prosesində pandemiya amilinin də təsirini vurğulayıblar. Onların sözlərinə görə, pandemiya bir sıra bank xidmətlərinin rəqəmsal sistemə transformasiyasını sürətləndirib. Ümumilikdə isə dünya təcrübəsində bankların rəqəmsallaşmaya tədricən keçdiyi və bu prosesin kifayət qədər vaxt tələb etdiyi vurğulanıb.

"Clubhouse” platformasında bu cür müzakirələr hər ay keçiriləcək. Nöbəti müzakirə aprelin ikinci yarısına planlaşdırır.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol