• $
  • €
  • ₽
  • ₺
  • £

Hesablama Palatası ötən il 52 milyon manat vəsaiti büdcəyə bərpa edib

Hesablama Palatası ötən il 52 milyon manat vəsaiti büdcəyə bərpa edib
05.04.2021 12:58
2020-ci ildə Hesablama Palatası, Kollegiya qərarlarına əsasən pul və natura ifadəsində 55,2 milyon manat vəsaitin bərpası ilə bağlı tədbirlər müəyyən edib.

Bu barədə qurumun ötənilki fəaliyyəti haqqında hesabatda bildirilir.

Sənəddə həmçinin deyilir ki, həmin məbləğin 51,9 milyon manatı bərpa olunub. Bunun isə 51,1 milyon manatının bərpası pul ifadəsində baş tutub.

Qalan 3,3 manatın, o cümlədən hesabat tərtib edildikdə nəticələrinə baxılmış 5 audit üzrə vəsaitlərin bərpası ilə bağlı həyata keçiriləcək tədbirlər cari ildə diqqətdə saxlanılmaqla məlumatlar növbəti hesabata daxil ediləcək.

Həmin məbləğin 80%-dən çoxu artıq və əsasız ödənilmiş əmək haqqı, müavinət və bu kimi digər sosial ödənişləri əhatə edir ki, bunun da tam olaraq bərpası qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmaqla müəyyən zaman tələb edir.

Beləliklə, 130,3 milyon manat nöqsanlarla icra edilmiş məbləğin 42,4%-nin bərpası ilə bağlı qərar qəbul edilib və bu məbləğin 94%-nin icrası ötən il təmin olunub.

Hesabat aprelin 8-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılacaq.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol