Neftin qiyməti 2035-ci ildə 70 dolları keçə bilər

Dünya bazarında neftin qiyməti 2025-ci ilə qədər bir barel üçün 50-75 dollar arasında dəyişə bilər.
"Report” "İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumat Rusiyanın neft sənayesinin Baş sxeminin layihəsində verilir.
İlkin ssenariyə görə, 2020-ci illərin ikinci yarısında neft qiymətləri bir barel üçün 50-60 dollar aralığında olacaq və 50 dollardan əhəmiyyətli dərəcədə aşağı düşməyəcək.
"2020-2022-ci illərdə hasilat aktivlərinə qoyulan investisiyanın aşağı səviyyəsi qiymətlərin bir barel üçün 50-60 dollar və daha yüksək səviyyədə qalmasını (OPEC+ çərçivəsində hasilatın tənzimlənməsi davam edərsə) şərtləndirəcək”, - sənəddə deyilir.
İlkin senarində "Brent” markalı neftin bir barelinin qiymətinin 2030-cu ilədək orta hesabla 70 dollar, 2035-ci ilədək 73 dollar, 2040-cı ilədək 71 dollar təşkil edəcəyi gözlənilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























