Azərbaycan Beynəlxalq Bankının əməkdaşları beynəlxalq turnirin qalibi oldu

MDB regionunun maliyyə və sığorta sektorunda fəaliyyət göstərən qurumların təmsilçiləri arasında keçirilmiş "Finance Chess-2021” beynəlxalq şahmat turniri başa çatıb. Onlayn turnirdə Azərbaycan Beynəlxalq Bankının Maliyyə monitorinqi və komplayns departamentinin direktor müavini Rauf Hacılı, Risklərin idarə edilməsi departamentinin direktor müavini Rəsul Mənsimli və Korporativ biznes departamentinin baş mütəxəssisi Kamran Rəhimli də iştirak edib.
Beynəlxalq turnirdə Azərbaycan, Rusiya, Qazaxıstan və Özbəkistandan ümumən 55 komanda yarışıb. Turnurdə Azərbaycan Beynəlxalq Bankı ilə yanaşı, SBER, SMP Bank, Qazprombank, Renessans Kredit, RİK, ATON, Nurbank, MAKS kimi tanınmış maliyyə qurumlarının təmsilçiləri rəqabət aparıblar.
Turnirdə Azərbaycan Beynəlxalq Bankının bütün əməkdaşları öz lövhələri üzrə ilk onluğa düşə biliblər. Risklərin idarə edilməsi departamentinin direktor müavini Rəsul Mənsimli finalda 100 faizli fərdi nəticə ilə bütün rəqiblərini üstələyək "Finance Chess – 2021”in qalibi olub.
Bankın Maliyyə monitorinqi və komplayns departamentinin direktor müavini Rauf Hacılı isə turnirin sonunda bütün iştirakçıların iştirak etdiyi dostluq qarşılaşmalarında qələbə qazanaraq birinci yerə çıxıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























