Azərbaycan avtomobil istehsalını 40%-ə yaxın azaldıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 60,6 milyon manat dəyərində maşın və avadanlıqlar, sair nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşquları istehsal edilib.
Anews.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,4 dəfə artıb.
Yanvar-mart aylarında 408 ədəd və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 264 ədəd və yaxud 39,3 % az minik avtomobili istehsal olunub. Bu il aprelin 1-nə ölkədə 267 ədəd hazır məhsul ehtiyatı yaranıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























