Dövlət Neft Fondu büdcəyə nə qədər vəsait transfert edib? - RƏSMİ

2021-ci ilin birinci rübündə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 2 milyard 85,7 milyon manat vəsait daxil olub.
Maliyyə Nazirliyindən verilən məlumata əsasən, bu vəsait proqnoza nisbətən 363,8 milyon manat və ya 21,1 faiz çoxdur.
İlin ilk üç ayı ərzində Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 943,6 milyon manat vəsaitin köçürülməsi təmin edilib. Bu rəqəm proqnoza nisbətən 158,6 milyon manat və ya 20,2 faiz çoxdur.
Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən 115 milyon manat mədaxil olunub ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 5,5 milyon manat və ya 5,0 faiz çoxdur.
Sair daxilolmalar üzrə dövlət büdcəsinə 78,4 milyon manat vəsait daxil olub. Bu isə proqnoza nisbətən 48,4 milyon manat və ya 2,6 dəfə, 2020-ci ilin eyni dövrü ilə müqayisədə isə 39 milyon manat və ya iki dəfə çoxdur.
Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlər 2 milyard 513,7 milyon manat olub, bu da nəzərdə tutulmuş proqnoza nisbətdə 536,3 milyon manat və ya 17,6 faiz azdır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























