• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət Neft Fondu xaricdəki əmlaklarından gəlir əldə edə bilir? - RƏSMİ

Dövlət Neft Fondu xaricdəki əmlaklarından gəlir əldə edə bilir? - RƏSMİ
23.04.2021 20:00
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) daşınmaz əmlaka ilk investisiyalar etdiyi tarixdən indiyədək 5,8 faiz, son beş il ərzində isə 4,6 faiz gəlirlilik əldə edib.

Bu barədə Oxu.Az-ın sorğusuna əsasən, Dövlət Neft Fondundan məlumat verilib.

Bildirilib ki, ARDNF investisiya portfelinin diversifikasiyası və gəlirliliyinin artırılması məqsədilə 2012-ci ildən etibarən daşınmaz əmlaka investisiyalara başlayıb:

"Daşınmaz əmlak investisiyalarının çox mərhələli proses olması, bu tip investisiyaların uzunmüddətli olması, bazarda müxtəlif iqtisadi tsiklların mövcudluğu kimi səciyyəvi cəhətlər nəzərə alınaraq ARDNF-nin daşınmaz əmlak portfeli qurulan zaman onun effektiv diversifikasiya olunmaqla dayanıqlı olması əsas götürülüb.

ARDNF ilkin olaraq daşınmaz əmlak investisiyalarını bu sahədə kifayət qədər inkişaf etmiş ölkələrin aparıcı şəhərlərinin əsas biznes mərkəzlərində yerləşən, nisbətən az riskli, sabit gəlirliliklə müşayiət olunan kommersiya təyinatlı daşınmaz əmlakların birbaşa alınması yolu ilə həyata keçirib.  ARDNF daşınmaz əmlak portfelinin coğrafi mövqe, daşınmaz əmlak aktivlərinin növü və aktivlərin risklilik dərəcəsi üzrə diversifikasiyasının təmin olunması məqsədi ilə 2015-ci ildən etibarən inkişaf etmiş bazarlarda fəaliyyət göstərən, müxtəlif strategiyalarla müxtəlif daşınmaz əmlak sektorlarına yatırım edən dünyanın qabaqcıl daşınmaz əmlak fondlarına investisiya qoyuluşuna başlayıb. 2016-cı ildən isə daşınmaz əmlaka müştərək investisiyalara başlanılıb. Daşınmaz əmlak portfelinin orta və uzun müddətli gəlirlilik göstəriciləri üzrə müsbət tendensiyalar müşahidə olunub”.

Pandemiyanın fondun gəlir həcmlərinə təsiri barədə məlumat verilərkən əlavə edilib ki, daşınmaz əmlak bazarlarında müxtəlif iqtisadi tsikllar mövcud olduğundan bəzi illərdə bazarın inkişafı aşağı düşür və bu da itkilərin olmasına gətirib çıxara bilər:

"COVID-19 pandemiyası qlobal bütün sahələrə olduğu kimi daşınmaz əmlak sahəsinə də mənfi təsir edib. Son bir il ərzində dünyanın aparıcı daşınmaz əmlak bazarlarında qiymətlərin və icarə haqlarının aşağı enməsi tendensiyası müşahidə olunub və bu sahəyə investisiyalar həyata keçirən qurumlarda olduğu kimi ARDNF-nin də daşınmaz əmlak portfelinin gəlirliliyinə təsir edib”.

Fondun ötən il satışa çıxardığı yüksək gəlirli əmlakından əldə edilən vəsaiti investisiyalara yönəldəcəyi qeyd edilib:

"ARDNF-nin investisiya portfelinə daxil olan alt portfellərin hər biri üzrə hər il müvafiq olaraq investisiya strategiyası hazırlanır və investisiyalar həmin strategiyaya uyğun olaraq həyata keçirilir. Seuldakı "Payn Avenyu A” qülləsinin satışı da adıçəkilən strategiyaya uyğun həyata keçirilmiş və əldə olunan kapital da müvafiq istiqamətli investisiyalara yönəldiləcək”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol