SOCAR 120 milyon dollara 3 tanker alıb - FOTO

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Yunanıstanın "Kyklades Maritime Company” şirkətinə məxsus olan 3 ədəd "aframax” tipli xam neft daşıyan tanker satın alıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən bildirir ki, SOCAR-a 3 tankerə 120 milyon dollar ödəyib.
Həcmi 115 min DWT olan gəmilər SOCAR-a bu ilin sonunda təhvil veriləcək.
"Nissos Schinoussa", "Nissos Therassia" və "Nissos Heraclea" adlı tankerlərin 2015-ci ildə Cənubi Koreyanın "Hyundai Heavy Industries Gunsan” gəmiqayırma zavodunda inşa edildiyi bildirilir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























