• $
  • €
  • ₽
  • ₺
  • £

Misin qiyməti 2011-ci ilin rekordunu qırıb

Misin qiyməti 2011-ci ilin rekordunu qırıb
26.04.2021 21:00
Misin qiyməti bu gün artaraq 2011-ci ilin rekordunu qırıb.


"Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, qiymət artımı dolların zəifləməsi və Çilidən tədarüklə bağlı narahatlıqlar fonunda baş verib.


Bakı vaxtı ilə saat 08:58-də "Comex” birjasında misin iyul fyuçerslərinin qiyməti 0,94% artaraq bir funt üçün (təxminən 0,45 kiloqram) 4,3842 ABŞ dollarınadək yüksəlib.


Bundan bir qədər öncə isə bu göstərici 4,3943 dollara çatıb ki, bu da 2011-ci ilin avqustunun əvvəlindən bəri ən yüksək göstəricidir.


Londonun Metal Birjasında (LME) üç ay sonra tədarük olunacaq misin bir tonunun qiyməti aprelin 23-də 1,6% artaraq 9 551,5 dollara çatıb. Bu arada alüminium 0,06% və sink 1,05% bahalaşaraq bir tonu müvafiq olaraq 2 364,5 dollara və 2 852 dollara satılıb.


Dolların indeksi (ABŞ-ın əsas ticarət tərəfdaşları olan altı ölkənin valyutası ilə müqayisədə dolların məzənnəsi) hazırda 90,7 bənd səviyyəsinə (0,17%) düşüb. Bu, martın əvvəlindən bəri ən aşağı səviyyədir. Dolların ucuz olması sayəsində qiymətləri dollarla ifadə olunan əmtəə malları, o cümlədən mis başqa valyutalarla satın alınan zaman daha ucuz başa gəlir.


Bundan başqa, Çilidəki vəziyyət də qiymətə təsir edib. Belə ki, dünyanın mis tədarükünün təxminən dörddə birini təmin edən bu ölkədə liman işçiləri tətilə başlamaq niyyətindədirlər.



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol