Azərbaycan Mərkəzi Bankı "Mastercard"la Anlaşma Memorandumu imzalayıb

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə rəqəmsal ödənişlərin əhatə dairəsinin genişləndirilməsi, innovativ ödəniş alətlərindən istifadə edərək daha rahat, sürətli və təhlükəsiz ödəniş imkanlarının artırılması, rəqəmsal ödəniş vərdişlərinin yaradılması və iqtisadiyyatda nağdsız dövriyyənin yüksəldilməsi məqsədilə beynəlxalq kart təşkilatları ilə effektiv əməkdaşlıq çərçivəsi formalaşdırıb.
Anews.az xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.
Ötən illərdə AMB-nin strateji tərəfdaşı qismində çıxış etmiş "Mastercard" təşkilatı ilə birlikdə "Nağdsız Azərbaycan” layihəsi reallaşdırılıb, habelə "2018-2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində bir sıra uğurlu layihələrə imza atılıb. Qarşılıqlı əməkdaşlıq çərçivəsində aidiyyəti qurumların dəstəyi ilə ölkədə ilk dəfə təhsil sahəsində multifunksiyalı "Smart təhsil kartı”, nəqliyyat sahəsində pilot seçilmiş şəhərlərdə sərnişindaşımada gediş haqlarının təmassız kartlarla ödənilməsi kimi layihələr icra edilib, nağdsız ödənişlərdən istifadənin stimullaşdırılması məqsədilə çoxsaylı kampaniyalar təşkil olunub, rəqəmsal ödənişlər barədə ictimai məlumatlılığın artırılması üzrə silsilə tədbirlər həyata keçirilib.
Rəqəmsal ödənişlərin davamlı inkişafı üçün imzalanmış yeni strateji anlaşma texnoloji innovasiyalardan istifadə etməklə maliyyə inklüzivliyinin genişləndirilməsi, kiçik və orta sahibkarlıq subyektləri üçün innovativ ödəniş alətlərinin tətbiqinin dəstəklənməsi, nağdsız ödənişlərə inamın artırılması üçün müxtəlif hədəf qrupları üçün seminar və təlimlərin təşkili, kiber təhlükəsizlik, süni intellekt və ən son texnoloji trendlərlə bağlı təcrübə mübadiləsinin həyata keçirilməsi kimi sahələrdə əməkdaşlığın davam etdirilməsini ehtiva edir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























