Data yarışmasında ilk 3 yerdən 2-nin qalibi IBA Tech Akademiyasının məzun və tələbələri oldu

Elektron Hökumətin
İnkişafı Mərkəzinin təşkil etdiyi "Rəqəmsal idarəetmədə süni intellekt” beynəlxalq
konfransı çərçivəsində keçirilmiş data yarışmasının qalibləri seçilib və onlara
mükafatlar təqdim olunub. Qaliblər sırasında Azərbaycan Beynəlxalq Bankının
yaratdığı IBA Tech Akademiyasının məzunları da var.
Belə ki, yarışmada
Akademiyanın məzunlarından Mikayıl Yusifov öz komanda yoldaşları ilə birinci
yerə, Machine Learning tələbəsi Elşən Qədimov üçüncü yerə layiq görülüb. Beləliklə,
ilk üç yerdən ikisinin qalibi IBA Tech
Akademiyasının məzun və tələbələri olub. Akademiyanın daha bir tələbəsi Anar Həsənov
isə yarışmanın mükafatçılarından olub. Qaliblərin mükafatlandırılması mərasimində
müxtəlif dövlət qurumlarının və texnologiya şirkətlərinin rəhbərləri iştirak
edib.
EHİM-in keçirdiyi beynəlxalq
konfrans və data yarışması dünya şöhrətli alim, bu il anadan olmasının 100
illiyi tamamlanan Lütfi Zadənin xatirəsinə həsr olunub. Konfransda 22 ölkədən
58 spiker çıxış edib. 19 ölkədən 900-ə yaxın unikal iştirakçı qoşulub.
Xatırladaq ki, IBA Tech Akademiyası 2019-cu
ilin sentyabrından fəaliyyətə başlayıb. Belə bir Akademiyanın yaradılmasında Azərbaycan
Beynəlxalq Bankının məqsədi ölkəmizin əmək bazarı üçün peşəkar informasiya
texnologiyaları mütəxəssislərinin hazırlanmasıdır. İndiyə qədər 200-dən çox gənc
müxtəlif proqramlar üzrə Akademiyadan məzun olub. Onların böyük əksəriyyəti Azərbaycan
Beynəlxalq Bankında, eləcə də digər yerli və xarici şirkətlərdə işlə təmin
edilib.
Azərbaycan Beynəlxalq
Bankının müasir, universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı
bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat
Mərkəzindən, həmçinin rəsmi "Facebook” səhifəsindən əldə etmək olar.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























