• $
  • €
  • ₽
  • ₺
  • £

Vergi məcəlləsi dəyişdirilir

Vergi məcəlləsi dəyişdirilir
05.05.2021 16:00
Ölkəyə gətirilən avtomobillərin qeydiyyatı ilə bağlı Vergi Məcəlləsinə dəyişiklik edilir.

Anews.az xəbər verir ki, dəyişikliyə görə, Azərbaycan  ərazisinə daxil olan və respublika ərazisini tərk edən zaman yol vergisinə cəlb olunmalı olan xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri, habelə Azərbaycan ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan ərazisinə idxal edilən avtomobil benzini, dizel yanacağı və maye qaz yol vergisinin vergitutma obyektidir.


Avtonəqliyyat vasitələrinin növündən, mühərriklərinin həcmindən, Azərbaycan ərazisində qaldığı müddətdən oturacaqlarının sayından, oxların sayından və avtonəqliyyat vasitəsinin yüklə birlikdə ümumi çəkisindən, Azərbaycan ərazisində qət edilən məsafədən, təhlükəli yüklərin daşınmasından asılı olaraq Azərbaycan ərazisinə daxil olan və buranı tərk edən xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələrindən, habelə ölkəmizdə istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan ərazisinə idxal olunan avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi aşağıdakı dərəcələrlə hesablanır:

1. Azərbaycan ərazisinə daxil olan və bu Məcəllənin 211.1.1-ci maddəsinə uyğun olaraq Azərbaycan ərazisini tərk edən zaman yol vergisinə cəlb olunmalı hallarda  xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat avtomobil nəqliyyatı vasitələrindən:


2. Azərbaycan ərazisinə daxil olan və bəyan edilmiş müddətdən artıq ölkə ərazisində qalan xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri üçün ölkə ərazisini tərk edən zaman burada artıq qaldığı müddətdən asılı olaraq ödənilməli olan yol vergisinin yekun məbləği bu Məcəllənin 211.1.1.1-ci, 211.1.1.2-ci və 211.1.1.3-cü maddələrinə uyğun olaraq hesablanmış yol vergisinin məbləğindən ölkə ərazisinə daxil olarkən  ödənilmiş yol vergisinin məbləği çıxılmaqla hesablanır.

3. Azərbaycan ilə xarici dövlətlər arasında qüvvədə olan beynəlxalq avtomobil əlaqələri haqqında hökumətlərarası sazişlərə əsasən kvotalar çərçivəsində mübadilə edilmiş "İcazə” blankları ilə ölkə ərazisinə daxil olan xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri üçün yol vergisi ödəmələrində azadolmalar nəzərdə tutulduğu hallarda daxil olduqları andan 30 gün sonra ölkədə əlavə qaldıqları müddətdən asılı olaraq, bu Məcəllənin 211.1.1.2-ci və 211.1.1.3-cü maddələrinə uyğun olaraq yol vergisinə cəlb edilirlər.

Qeyd edək ki, qanun layihəsi "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2020-ci il 18 dekabr tarixli 221-VIQD nömrəli qanunun icrası ilə əlaqədar hazırlanmışdır, dəqiqləşdirmə xarakterlidir və "xarici dövlətlərin avtonəqliyyat vasitələri” ifadəsinin "xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri” ifadəsi ilə əvəz olunmasını nəzərdə tutur.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol