• $
  • €
  • ₽
  • ₺
  • £

Bu gün yeni müqavilə imzalanacaq

Bu gün yeni müqavilə imzalanacaq
30.05.2014 13:50
Bu gün İstanbulda (Türkiyə) “Şahdəniz-II” və “TransAnadolu” Təbii Qaz Boru Kəməri (TANAP) layihələrində payların artırılması ilə bağlı imzalanma mərasimi təşkil olunacaq.TANAP-dan “APA-Economics”ə verilən məlumata görə, imzalanma mərasimində Azərbaycan tərəfindən energetika naziri Natiq Əliyev, Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayevin, Türkiyə tərəfdən isə bu ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın və Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldızın iştirak edəcəyi gözlənilir. İmzalanma mərasimində dörd razılaşma sənədinin imzalanacağı gözlənilir. Bunlardan birincisi TPAO – “Total” hissəsinin alışıdır ki, bu sənədi TPAO-nun baş direktoru Besim Şişman və “Total-Azərbaycan”ın baş direktoru Kristian Qudiçelli (Christian Giudicelli) imzalayacaqlar. İkinci sənəd  Türkiyənin “Botaş” və ARDNŞ arasında TANAP hissələrinin alış-satışı barədə müqaviləsinin imzalanmasıdır. Sənədi “Botaş”ın baş direktoru Mehmet Konuk və ARDNŞ prezidenti və TANAP-ın İdarə Heyətinin rəhbəri Rövnəq Abdullayev imzalayacaqlar. Bu gün imzalanacaq 3-cü razılaşma sənədi “Botaş” və TANAP qaz daşınması anlaşmasıdır ki, bu sənədi “Botaş”ın baş direktoru Mehmet Konuk və ARDNŞ prezidenti və TANAP-ın İdarə Heyətinin rəhbəri Rövnəq Abdullayev imzalayacaqlar. İmzalanacaq sonuncu dördüncü sənəd Türkiyə  ilə Azərbaycan Hökumətlərarası  TANAP–la bağlı razılaşma protokolu imzalanacaq. Bu sənədi Azərbaycan hökuməti adından Azərbaycanın energetika naziri Natiq Əliyev və Türkiyə adından bu ölkənin  Türkiyənin enerji və təbii sərvətlər  naziri Taner Yıldız imza atacaqlar. Xatırladaq ki, hazırda Türkiyənin TPAO şirkəti “Şahdəniz 2” layihəsində 9%, “Botaş” şirkəti isə TANAP layihəsində 20% paya malikdir. Bu gün imzalanacaq müqavilələrə əsasən Türkiyə tərəfinin “Şahdəniz 2” layihəsindəki payı 9%-dən 19%-ə, TANAP layihəsindəki payı isə 20%-dən 30%-ə artırılacaq. Hazırda “Şahdəniz”də iştirak payları belədir: BP (operator – 28,8%), ARDNŞ (16,7%), “Statoil” (15,5%), “Total” (10%), “Lukoil” (10%), NİKO (10%), və TPAO (9%). Bu faizlərə “Statoil”dan müvafiq olaraq BP və ARDNŞ-nin aldığı iştirak payları daxildir. TANAP tərəfdaşları isə bu şirkətlədir: ARDNŞ, operator (68%), BOTAŞ (20%) və BP (12%)..Sənədlər imzalandıqdan sonra layihədə ARDNŞ-in payının hazırkı 68%-dən 58%-ə düşəcəyi gözlənilir. Qeyd edək ki, Azərbaycanın ən böyük təbii qaz yataqlarından biri olan "Şahdəniz- 2”dən  çıxarılacaq qazın 2019-cu ildən etibarən TANAP ilə Türkiyəyə, oradan da Avropaya çatdırılması planlaşdırılır. İllik 16 mlrd. kubmetr qazın 6 mlrd. kubmetrini Türkiyə öz daxili istehlakı üçün istifadə edəcək. 10 mlrd. kubmetr qaz isə “TransAdriatik” Qaz Boru Xətti (TAP) ilə Avropaya daşınacaq.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol