"SOCAR Şərqi Avropaya "Rosneft”in yanacağının tədarükünə başlayır"

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) beynəlxalq neft-qaz ticarətində öz mövqelərini gücləndirmək niyyətindədir.
Bu barədə SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.
O bildirib ki, bu istiqamətdə Rusiyanın "Rosneft” dövlət neft şirkətinin istehsal etdiyi neft məhsullarını Ukrayna, Polşa, Baltikyanı ölkələrə və digər Şərqi Avropa ölkələrinə tədarük etmək hüququnu təmin edən saziş imzalanıb: "Nəzərdə tutulan əməliyyatların həcmi və müddəti hazırda razılaşdırılmaqdadır.”
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























