• $
  • €
  • ₽
  • ₺
  • £

“Global Finance” IBA İnnovasiya Mərkəzini ən yaxşılardan biri seçdi!

“Global Finance” IBA İnnovasiya Mərkəzini  ən yaxşılardan biri seçdi!
18.05.2021 17:39
"Global Finance” jurnalı maliyyə innovasiyaları sahəsində ən yaxşı mərkəzlərlə bağlı seçimlərini elan edib. "Best Financial Innovation Labs” nominasiyasının  qalibləri sırasında Azərbaycan Beynəlxalq Bankının yaratdığı IBA İnnovasiya Mərkəzi də var. 

"Global Finance” maliyyə innovasiyaları sahəsindəki mərkəzlərlə bağlı belə bir hesabatı artıq dördüncü ildir ki, hazırlayır. Seçim prosesi dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən bankların, universitetlərin, dövlət və qeyri-hökumət qurumlarının və s. innovasiya mərkəzləri arasında aparılır və müxtəlif kateqoriyaları əhatə edir. Bura nağd vəsaitlərin idarə olunması, korporativ maliyyə, islam bankçılığı, ödənişlər, ticarətin maliyyələşdirilməsi və digər  istiqamətlər aiddir. Belə bir hesabatın məqsədi FinTech sistemlərinin inkişafını stimullaşdırmaqdır. Eyni zamanda, bu sahədə yeni tendensiyalar, müasir trendlərlə bağlı mötəbər bir istinad mənbəyi yaratmaqdır.  

Builki qaliblər sırasında Azərbaycan Beynəlxalq Bankının IBA İnnovasiya Mərkəzi ilə yanaşı, Commerzbank, Deutsche Bank, Deloitte, Barclays və digər aparıcı qurumların analoji mərkəzləri də var. Ayrı-ayrı regionlardan müxtəlif nominasiyalar üzrə qalib olmuş mərkəzlərin tam siyahısı ilə buradan tanış olmaq mümkündür.  

Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankının IBA İnnovasiya Mərkəzi ötən ilin iyunundan fəaliyyətə başlayıb. Belə bir mərkəzin formalaşdırılmasında məqsəd Azərbaycanda innovasiya ekosisteminin inkişafına kömək göstərmək, bütün maraqlı tərəfləri bu mühitdə bir araya gətirməkdir. Mərkəz müxtəlif stratap layihələrinə inkubasiya və akselerasiya mərhələlərində kömək göstərir. Açıq innovasiya ekosisteminə dəstək proqramları həyata keçirir. Eləcə də bankdaxili korporativ innovasiyaların təşviqinə dəstək verir. Artıq 12 startap layihəsi Mərkəzdə inkubasiya dövrünü uğurla başa vuraraq investorlara təqdim edilib. Mərkəzin fəaliyyəti haqqında daha ətraflı: https://ibainnovation.az/az

Azərbaycan Beynəlxalq Bankının müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.













www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol