• $
  • €
  • ₽
  • ₺
  • £

Unibank biznes sahibləri üçün daha bir onlayn xidmət təqdim edir

Unibank biznes sahibləri üçün daha bir onlayn xidmət təqdim edir
20.05.2021 10:21
Unibank biznes sahiblərinə elə öz işlərinin başında xidmət etmək üçün onlayn məhsul və xidmətlərini genişləndirməkdə davam edir. Bankın biznes müştərilərinin artıq kart sifarişi üçün də banka gəlmələrinə ehtiyac qalmadı. Yeni "Biznes kartın onlayn sifarişi” xidməti sayəsində Unibank müştərisi olan sahibkarlar bank filiallarına gəlmədən, növbələrdə gözləmədən, Biznes karta sahib ola biləcəklər. 


Biznes kartın onlayn sifarişinin üstünlükləri:
- Biznes sahibi kart sifarişi üçün banka gəlmir
- İstənilən yerdən İnternet bankinqə daxil olaraq Biznes kart sifariş edir 
- Kart sahibi hazır kartı götürmək üçün də banka gəlmir, kart kuryerlə şəxsin ünvanına göndərilir.


Unibank müştərisi olmayan sahibkarlar da onlayn müraciətlə Biznes kart sifariş edə bilərlər. Bunun üçün onlar əvvəlcə "Unibank”da Onlayn hesab açmalıdırlar. Bu zaman avtomatik olaraq İnternet Banking və Mobile Banking xidmətlərinə qoşulan sahibkar, Biznes kartı onlayn sifariş edə bilər. 


"Unibank”ın Biznes kart məhsulu kart hesabına 24/7 onlayn daxil olmaq, əməliyyatlar aparmaq, pul köçürmək, dünyanın istənilən yerindən pul vəsaitini almaq imkanı qazandırır. 


Məhsul və xidmətlərdə rəqəmsallaşmanı əsas götürən Unibank, hazırda biznes sahiblərinə çoxsaylı onlayn bank məhsul və xidmətləri təklif edir. Banka gəlmədən onlayn hesab açmaq, tranş kredit xəttindən onlayn istifadə etmək, onlayn formada İB və MB-yə qoşulmaq, onlayn overdraft kreditlərindən faydalanmaq, onlayn əmək haqqı layhəsinə qoşulmaq biznes sahiblərinə istədikləri yerdə və istədikləri vaxt keyfiyyətli onlayn bank xidməti ilə təmin olunmaq imkanı yaradır. 


Unibank geniş çeşidli məhsul və xidmətləri ilə biznes sahiblərinin xidmətindədir. Sahibkarlar həftə ərzində saat 09.00-dan 17.00-dək "Qara Qarayev”, "İçərişəhər” , "Dərnəgül”, "Yasamal”, 15 saylı, "Neftçilər”, "Əhmədli”, "Əcəmi” filiallar və "Unibank- biznes mərkəzi”nə, eləcə də "Unibank”ın bölgə filiallarına müraciət edə bilərlər. Ətraflı məlumatı (012) 117 nömrəli telefondan və  bankın saytından (http://www.unibank.az/az/corporate-clients) əldə etmək olar.


Unibank-Biznesinizə daimi dəstək!



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol