• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda zərgərlik sahəsində problemlər və həlli yolları müzakirə olunub

Azərbaycanda zərgərlik sahəsində problemlər və həlli yolları müzakirə olunub
21.05.2021 21:00
Bu gün Bakıda "Zərgərlik fəaliyyəti: mövcud vəziyyət və perspektivlər” mövzusunda biznes forum keçirilib.

"Report" xəbər verir ki, tədbir İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) dəstəyi, Agentlik yanında İctimai Şuranın təşkilatçılığı, Azərbaycan Zərgərlər Assosiasiyasının tərəfdaşlığı ilə baş tutub.

Biznes forumda zərgərlik sahəsində fəaliyyət göstərən sahibkarlar və müvafiq dövlət qurumlarının, o cümlədən İqtisadiyyat Nazirliyi, nazirlik yanında Dövlət Vergi Xidməti, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, AZPROMO, Dövlət Gömrük Komitəsi, "AzerGold” QSC-nin nümayəndələri iştirak ediblər.

KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov qeyd edib ki, forum zərgərlik sahəsinin inkişafı üçün dövlət-biznes dialoqunun aparılması, zərgərlik bazarının inkişaf etdirilməsi imkanlarının və bazar iştirakçılarının rəqabətədavamlı fəaliyyətinə təsir edən amillərin müzakirə olunması, sahibkarların təkliflərinin aidiyyəti qurumlara çatdırılması məqsədilə təşkil olunub.

Tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov zərgərlik sektorunda həyata keçirilən islahatlar barədə məlumat verərək, bu sahədə cari ilin əvvəlindən tətbiq olunan vergi güzəştlərini, zərgərlik sənayesində islahatların aparılması üçün təkliflərin hazırlanması üzrə işçi qrupunun və dövlət dəstəyi ilə zərgərlər assosiasiyasının yaradılmasını qeyd edib. O, forumun zərgərlik sahəsində aparılan islahatlar barədə sahibkarlarda dolğun təsəvvürün yaranmasında, sektorda baş verən dəyişikliklərin effektivliyinin qiymətləndirilməsində əhəmiyyətli olacağını vurğulayıb.

"AzerGold”un İdarə Heyətinin sədri Zakir İbrahimov başçılıq etdiyi qurumun yerli sənayenin vacib sahələrindən olan zərgərliyin inkişaf etdirilməsi ilə bağlı layihələrdə fəal iştirak etdiyini qeyd edərək, cəmiyyətin zərgərlik sənayesinin inkişafına yönələn təşəbbüsləri və mövcud problemlərin aradan qaldırılmasına dair təkliflərindən danışıb. Müvafiq sahədə aparılan islahatların zərgərlik sahəsində nəzərəçarpacaq inkişafa səbəb olacağına indandığını bildirən Z.İbrahimov "AzerGold”un dövlət şirkəti olaraq qiymətli metalların xammal tədarükçüsü kimi də zərgərlik sənayesinin inkişafına töhfə verməyə hazır olduğunu vurğulayıb.
Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva cari ilin əvvəlində Vergi Məcəlləsinə zəgərlik fəaliyyəti ilə bağlı edilmiş dəyişikliklər və vergi güzəştləri barədə təqdimatla çıxış edib.

Azərbaycan Zərgərlər Assosiasiyasının İdarə Heyətinin sədri Toğrul Abbasquliyev çıxışında zərgərlik sənayesinin mövcud vəziyyəti və sektorun gözləntiləri barədə məlumat verib. O, qeyd edib ki, Azərbaycanda zərgərlik sahəsində böyük potensial və zəngin zərgərlik ənənələri mövcuddur. Beynəlxalq təcrübədən geniş istifadə, stimullaşdırıcı tədbirlərin, şəffaf tənzimləmə siyasətinin həyata keçirilməsi, zərgərlik ənənələrinin bərpası bu sahənin qeyri-neft sektorunda rolunu daha da artıracaq.

Tədbir çərçivəsində Azərbaycanda zərgərlik fəaliyyəti, yerli zərgərlik məhsullarının istehsalı, idxal prosesində sahibkarların üzləşdikləri çətinliklər və sektorla bağlı gözləntilərə dair müzakirələr aparılıb, sahənin inkişafı və mövcud çətinliklərin aradan qaldırılması üçün müxtəlif təkliflər səsləndirilib, müvafiq qurumlar tərəfindən sahibkarları maraqlandıran suallar cavablandırılıb. Tədbir pandemiya şəraiti ilə bağlı müvafiq qaydalara uyğun olaraq təşkil olunub.



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol