• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR Ukraynaya “Rosneft”in dizel yanacağının ilk tədarükünü həyata keçirdi

SOCAR Ukraynaya “Rosneft”in dizel yanacağının ilk tədarükünü həyata keçirdi
25.05.2021 10:27
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Rusiyanın "Rosneft” şirkəti ilə birgə yaradılan və Ukraynaya neft məhsulları tədarük edəcək şirkətin operatoru "SOCAR New Enegry” "Rosneft”in istehsalı olan dizel yanacağının Ukraynaya ilk tədarükünü həyata keçirib.

Bu barədə "Enkorr”a bazar iştirakçıları bildiriblər.

Artıq 2 min ton həcmdə yanacaq "OKKO Qrupu"na daxil olan şirkətin ünvanına tədarük edilib. Bu barədə nəşrə müsahibəsində mənbə bildirib. O əlavə edib ki, bugünün sonuna yanacaq gömrük rəsmiləşdirilməsindən keçəcək.

SOCAR Rusiyanın "Rosneft” dövlət neft şirkətinin Ukraynaya neft məhsullarını ixracında operator qismində iştirak edəcək. Əldə olunan məlumata görə, "SOCAR Trading” şirkətinin İsveçrə ofisi ukraynalı tərəfdaşları ilə satışa və əlaqəyə nəzarət edəcək. Bu arada, həcmlərin paylanmasında və satışında şirkətin Ukrayna ofisinin rolu istisna deyil.

"Enkorr”un mənbəsinin məlumatına görə, şirkətin may ayı üçün kvotası 100 min tondan artıq dizel yanacağı və 12 min ton sıxılmış qazdır. Bununla belə, bazar iştirakçıları əvvəllər tədarükün başlanması üçün ehtimal olunan müddətin yalnız iyun ayının əvvəli ola biləcəyini qeyd etdilər.

Həmçinin bildirilir ki, SOCAR-ın TERM müqavilələri üzrə ilk mayeləşdirilmiş neft qazı (LPG) tədarükü 2021-ci ilin iyul ayından təklif edilə bilər. İlk belə müqavilənin orta dəyəri "Argus daf Brest” kotirovkası üzrə aylıq hər ton üçün 25 ABŞ dolları təşkil edə bilər. "SOCAR New Enegry” "Rosneft” şirkətinin avtomobil qazının spot partiyalarını may və iyun aylarında ortalama "daf Brest” kotirovkası üzrə hər ton üçün 40 ABŞ dolları dəyərində satışını təklif edir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol