Ötən il büdcə kəsiri 1, 7 milyard olub

Ötən il büdcə kəsiri 1 milyard 734 milyon 562 912 manat təşkil edib.
Anews.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili büdcə layihəsinin müzakirəsini təqdim edərkən deyib.
"Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 681 milyon 734,6 min manat, xərcləri isə 26 milyard 416 min 297,5 min manat təşkil edilib. Büdcə kəsiri 1 milyard 734 milyon 562 912 manat təşkil edib. 2021-ci il 1 yanvar tarixinə vahid xəzinə hesabının sərbəst qalığı isə 1 milyard 526 milyon 094 088 manat olub" - deyə deputat əlavə edib.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























